A

Aznof

Son tarix: 4 Sentyabr 2026

Mühasib

Maliyyə və MühasibatlıqBakıTam Ştat4 Avqust 2026171

Müsahibə əsasında

Vakansiya haqqında

AZNOF MMC “Mühasib” vakansiyası üzrə işçi axtarır

Vəzifə təlimatları:

  • Satış, alış və anbar əməliyyatlarının 1C sisteminə dəqiq və vaxtında daxil edilməsi;
  • Tikinti obyektləri və anbarlar üzrə mal-materialların hərəkətinə və qalıqlarına nəzarət edilməsi, müvafiq hesabatların hazırlanması;
  • Tikinti materiallarının norma üzrə silinməsi əməliyyatlarının aparılması;
  • Təchizatçılar və subpodratçılarla üzləşmə aktlarının tərtibi və qarşılıqlı hesablaşmalara nəzarət;
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət olunması;
  • Rəhbərliyə tələb olunan maliyyə və analitik hesabatların təqdim edilməsi.

Vəzifə ilə bağlı tələblər:

  • Müvafiq ixtisas üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
  • MS Office (xüsusilə MS Excel) proqramlarını yüksək səviyyədə bilmək;
  • Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik.
  • Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı;

İş şəraiti

  • İş yeri : Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 189
  • İş rejimi: 6 günlük iş həftəsi
  • Əmək haqqı: Namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq 

Göstərilən vəzifə üzrə maraqlanan Namizədlərdən mövzu hissəsində “Mühasib” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar