U

Universal Consulting Group MMC

Son tarix: 5 Sentyabr 2026

Mühasib

Maliyyə və MühasibatlıqBakıTam Ştat5 Avqust 202648

600

Vakansiya haqqında

Ünvan: Bakı şəhəri, Vladislov Plotnikov küçəsi 8, 28 may metrosunun yaxınlığı,

İş vaxtı: həftə içi 5 gün, iş saatı 09:00 dan-18:00 dək

Şənbə, bazar və bayram günləri qeryi-iş günüdür.

Tələblər:

Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat sahəsində ali təhsil;

mühasib postunda minimum 1-3 il iş təcrübəsi;

1C (8.3 versiyası), MS Office, Excel ;

E-gov.az, e-taxes.gov.az, İTS portalı, bank və digər elektron dövlət portalları ilə işləmə bacarığı;

Vergi, Əmək və Mülki qanunvericilik üzrə biliklər;

Vəzifə öhdəlikləri:

Dövlət orqanlarına (Vergi, DSMF, Statistika, Məşğulluq) hesabatların (ƏDV, Mənfəət, Gəlir vergisi, Sadələşdirilmiş, rüblük və illik hesabatlar) vaxtında və düzgün hazırlanması və təqdim edilməsi;

Elektron Qaimə-Fakturaların, hesablama fakturalarının tərtib edilməsi və sistemə işlənməsi;

Bank və kassa əməliyyatlarının, əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələrinin hesablanması və ödənişlərin icra edilməsi;

Gömrük bəyannamələri və idxal/ixrac əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi;

Şirkətin debitor və kreditor borclarının izlənilməsi, üzləşmə aktlarının tərtib edilməsi;

Daxili maliyyə hesabatlarının (Mənfəət və Zərər, Balans, Pul vəsaitlərinin hərəkəti) rəhbərliyə təqdim olunması;

Vergi orqanlarından gələn məktubların, bildirişlərin və uyğunsuzluqların vaxtında cavablandırılması.

Oxşar vakansiyalar