A

ASEL Kredit

Son tarix: 18 Sentyabr 2026

Mühasib

Maliyyə və MühasibatlıqBakıTam Ştat18 Avqust 202681

800

Vakansiya haqqında

Asel Kredit BOKT MMC komandamıza Mühasib vəzifəsinə əməkdaş axtarırıq.

İş yeri: Bakı

Əmək haqqı: 800–1000 AZN (başlanğıc əməkhaqqı)

Əsas tələblər:

  • Mühasibatlıq sahəsində minimum 6 ay iş təcrübəsi;
  • BOKT və ya kredit təşkilatlarında iş təcrübəsi arzuolunandır;
  • Kredit ödənişləri və kredit əməliyyatları üzrə anlayış;
  • Kassa və bank əməliyyatları haqqında məlumatlı olmaq;
  • Mühasibat uçotunun əsaslarını bilmək;
  • MS Office, xüsusilə Excel proqramından istifadə bacarığı;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Kredit ödənişlərinin uçotunun aparılması;
  • Gündəlik mühasibat əməliyyatlarının həyata keçirilməsi;
  • Kassa və bank əməliyyatlarının işlənməsi;
  • İlkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılması;
  • Debitor və kreditor borclarına nəzarət;
  • Hesabatların hazırlanmasında iştirak;
  • Rəhbərliyin verdiyi digər mühasibatlıq tapşırıqlarının icrası.

Maraqlanan namizədlər CV-lərini "Audit üzrə mütəxəssis" başlığı ilə şirkətin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar