F

FİNCON MMC

Son tarix: 6 Oktyabr 2026

Mühasib

Maliyyə və MühasibatlıqBakıTəcrübə27 Avqust 202646

1200

Vakansiya haqqında

İŞ BARƏSİNDƏ (RUS DİLİNDƏ SƏRBƏST DANIŞIQ MÜTLƏQ ŞƏRTDİR)

İlkin sənədlərlə iş: İlkin mühasibat sənədlərinin yoxlanılması, çatışmayan sənədlərin tələb edilməsi, sənədlərin göndərilməsinə nəzarət, baş mühasib və rəhbərlik üçün yekun və digər sənədlərin hazırlanması.

E-Qaimə və Vergi Portalı: Elektron Qaimə-Fakturaların (EQF) tərtibi, göndərilməsi, daxil olan EQF-lərin yoxlanılması və Internet Vergi İdarəsi (e-taxes.gov.az) portalında müvafiq əməliyyatların aparılması.

Kadr və Əmək Haqqı Uçotu (HR / Payroll):

Əmas portalı (emas.sosial.gov.az) üzrə əsas biliklər (əmək müqavilələrinin bildirilməsi).

Əmək haqqı, məzuniyyət, xəstəlik və ezamiyyət ödənişlərinin hesablanması bazisi.

Sənədlərin idarə edilməsi: Sənədlərin vaxtında göndərilməsi və qəbulunun koordinasiyası, mövcud şablonlara uyğun müqavilələrin icrası.

Standart hesabatların yaradılması: Qarşı tərəflər arasında qarşılıqlı hesablaşmalar (üzləşmə aktları), debitor/kreditor borclarına nəzarət və rəhbərliyin tələbi ilə digər cari hesabatların hazırlanması.

Bank və Kassa ilə iş: Client-Bank sistemi vasitəsilə ödəniş tapşırıqlarının (milli və xarici valyutada) yaradılması, ödənişlərin izlənməsi, bank çıxarışlarının 1C-yə işlənməsi və kassa əməliyyatlarının aparılması.

1C və Uçot: Müəssisələrin uçotunun mühasibat uçotu standartlarına (1C: Mühasibat 8.3) əsasən təşkili və inventarizasiya nəticələrinin proqrama daxil edilməsi.

İŞƏ TƏLƏBLƏR

Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsil.

Müvafiq vəzifə üzrə ən azı 3 il iş təcrübəsi.

AR Vergi Məcəlləsi və Mühasibat uçotu üzrə biliklər.

e-Taxes (İnternet Vergi İdarəsi) və Client-Bank sistemləri ilə praktiki iş təcrübəsi (E-MAS portalı bilikləri arzuolunandır).

1C (8.3 versiyası) və MS Office (xüsusilə Excel, Word, Outlook) proqramlarında sərbəst və dəqiq işləmək bacarığı.

Azərbaycan və Rus dillərində sərbəst danışıq və yazışma qabiliyyəti (mütləqdir).

Dəqiqlik, məsuliyyətlilik, analitik düşüncə və öyrənmə qabiliyyəti.

Oxşar vakansiyalar