A
ABB-İnvest İnvestisiya Şirkəti QSC
Mühasib - ABB-İnvest İnvestisiya Şirkəti QSC (Bakı, 2026)
Müsahibə əsasında
Vakansiya haqqında
İş şəraiti
- Şəhər: Bakı
- İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00-14:00 nahar vaxtı)
- Əmək haqqı: Razılaşma əsasında
Əsas vəzifə və öhdəliklər
- Gündəlik mühasibat əməliyyatlarının düzgün və vaxtında uçota alınması;
- Mühasibat əməliyyatlarının 1C proqramına daxil edilməsi və müvafiq hesablar üzrə məlumatların yoxlanılması;
- Bank əməliyyatlarının aparılması, internet bankçılıq sistemi üzərindən ödəniş və köçürmələrin həyata keçirilməsi;
- Bank hesabları üzrə əməliyyatların mühasibat uçotu məlumatları ilə üzləşdirilməsi;
- Elektron qaimə-fakturaların hazırlanması və müvafiq əməliyyatların uçota alınması;
- Debitor və kreditor borclarının uçotunun aparılması və üzləşdirilməsi;
- Vergi hesablamalarının aparılmasında və vergi bəyannamələrinin hazırlanmasında iştirak;
- Dövlət qurumlarına təqdim edilən hesabatlar üçün müvafiq məlumatların hazırlanması;
- Aylıq, rüblük və illik bağlanış proseslərində iştirak və tələb olunan məlumatların təqdim edilməsi;
- Maliyyə hesabatlarının hazırlanması üçün zəruri mühasibat məlumatlarının toplanması və yoxlanılması;
- Mühasibat uçotu məlumatlarının analitik cədvəllər və köməkçi reyestrlərlə üzləşdirilməsi;
- Audit və digər yoxlamalar zamanı tələb olunan mühasibat sənədlərinin və məlumatlarının hazırlanmasına dəstək göstərilməsi;
- Mühasibat və vergi uçotu üzrə qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi.
Namizədə tələblər
- Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
- Mühasibatlıq və ya maliyyə sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının mühasibat və vergi qanunvericiliyi üzrə əsas biliklər;
- PMS I və PMS II sertifikatlarına malik namizədlərə üstünlük verilir;
- 1C mühasibat proqramı ilə işləmək bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı işləmək bacarığı;
- Azərbaycan dili – əla, ingilis dili – orta və ya yaxşı səviyyədə; rus dili arzuolunandır;
- ACCA F3 (Financial Accounting), ACCA F7 (Financial Reporting) üzrə sertifikatlar;
- Yüksək analitik və riyazi düşünmə qabiliyyəti;
- Diqqətlilik, məsuliyyətlilik və dəqiqlik;
- Komandada işləmək, tapşırıqları vaxtında və düzgün yerinə yetirmək bacarığı
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və mövzu sətrində “Mühasib” qeyd edin.
Oxşar vakansiyalar
B
Bugün
Debt Collection Manager
Baltic Transline Azerbaijan • Bakı
Təcrübə
900 ₼Müraciət et
A
Bugün
İqtisadi təhlil, tarif və statistika şöbəsi, İqtisadi təhlil və statistika sektoru – Sektor müdiri
Azerbaijan Energy Regulatory Agency • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
G
Bugün
Əmək haqqı üzrə mühasib/Aparıcı mühasib
Green City Resort & Residence • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
Bugün
Aparıcı Mühasib
Mazarina Trade Company • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Daxili Mühasib
Amazon Travel Club • Bakı
Tam Ştat
800 ₼Müraciət et
P
Bugün
Zərərlərin qiymətləndirilməsi şöbəsinin Könüllü növlər üzrə sektor rəhbəri
PASHA Insurance • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et