L

LPP Azerbaijan MMC

Son tarix: 24 İyul 2026

Mühasib

Maliyyə və MühasibatlıqBakıTam Ştat3 İyun 202621

Müsahibə əsasında

Vakansiya haqqında

Komandamıza Mühasib axtarışındayıq və bu rolda bizimlə birlikdə böyüyəcək
namizədləri gözləyirik.

Tələblər:

İqtisadiyyat, maliyyə və ya mühasibatlıq sahəsində ali təhsil;
Mühasibatlıq sahəsində 3 ildən az olmayan iş təcrübəsi
MS Office proqramları ilə (xüsusilə MS Excel) işləmək üzrə bilikləri;
Məlumatların toplanması üçün şirkətin müxtəlif struktur bölmələri ilə əməkdaşlıq
bacarığı;
Dil bilikləri: Azərbaycan dili — əla, rus dili — ingilis dili — orta səviyyə
(Intermediate);

Vəzifə öhdəlikləri:

Mühasibat uçotu üçün zəruri məlumatların toplanması məqsədilə şirkətin müxtəlif
struktur bölmələri (mağazalar, idxal, HR və s.) ilə əməkdaşlıq edilməsi və müvafiq
məlumatların hazırlanması;
Təchizatçılardan daxil olan invoysların və xərclərə dair məlumatların toplanması,
xərclərin mağazalar və departamentlər üzrə bölüşdürülməsi üçün məlumatların
hazırlanması;
Satış sistemindən satış məlumatlarının çıxarılması və mühasibatlıq üçün müvafiq
hesabatların hazırlanması;
Kassa aparatlarının Z-hesabatlarının satış sistemi məlumatları və bank
daxilolmaları ilə uzlaşdırılmasına dəstək göstərilməsi;
İcarə müqavilələri üzrə ödənişlər və xərclər haqqında icmal cədvəllərin
hazırlanması;
İşçilərin məzuniyyət, xəstəlik və digər səbəblərlə işdə olmaması barədə
məlumatların toplanması və mühasibatlığa təqdim edilməsi;
İşçilər üçün yeni əməkhaqqı bank kartlarının sifarişi ilə bağlı müraciətlərin
hazırlanması;
Ezamiyyə və digər xərclər üzrə təhtəlhesab hesabatlarının və müvafiq təsdiqedici
sənədlərin (çeklərin) toplanması;

Oxşar vakansiyalar