G

Grinco

Son tarix: 17 İyul 2026

Mühasib

Maliyyə və MühasibatlıqBakıTam Ştat17 İyun 2026157

1200

Vakansiya haqqında

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı: 1200 – 1500 AZN
  • İş qrafiki: Bazar ertəsi – Cümə, 08:30 – 17:30

Əsas vəzifə və öhdəliklər

  • İlkin mühasibat sənədlərinin yoxlanılması və uçotunun aparılması;
  • Bank və kassa əməliyyatlarının işlənməsi və nəzarətdə saxlanılması;
  • Debitor və kreditor hesablaşmalarına nəzarət, üzləşmə aktlarının hazırlanması;
  • Vergi, DSMF, Statistika və digər məcburi hesabatların hazırlanması və təqdim edilməsi;
  • E-qaimə-fakturaların və digər maliyyə sənədlərinin yoxlanılması;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
  • 1C 8.3 proqramında mühasibat uçotunun düzgün aparılmasının təmin edilməsi;
  • Dövlət və korporativ müştərilər üzrə maliyyə sənədlərinin hazırlanması və nəzarəti;
  • Mühasibat sənədlərinin sistemləşdirilməsi və arxivləşdirilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası.

Namizədə qarşı tələblər

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə);
  • Mühasib vəzifəsində minimum 2 il iş təcrübəsi;
  • 1C 8.3 proqramında sərbəst işləmək bacarığı;
  • MS Excel proqramında yaxşı səviyyədə bilik;
  • E-taxes, E-qaimə və digər dövlət portalları ilə iş təcrübəsi;
  • Vergi və əmək qanunvericiliyi üzrə biliklər;
  • Analitik düşüncə, məsuliyyətlilik və yüksək diqqətlilik;
  • Komanda ilə işləmək bacarığı.

Təminatlar

  • Korporativ nömrə;
  • Tibbi sığorta.

Qeyd - Vakansiya üzrə seçilmiş namizədlər üçün 1 həftəlik sınaq müddəti tətbiq olunur.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar