L

Libraff

Son tarix: 9 Avqust 2026

Mühasib

Maliyyə və MühasibatlıqBakıTam Ştat9 İyul 2026124

Müsahibə əsasında

Vakansiya haqqında

“Libraff” MMC komandasına peşəkar və məsuliyyətli Mühasib axtarır.

Vəzifə öhdəlikləri

  • Gündəlik maliyyə və mühasibat əməliyyatlarının uçotunun aparılması;
  • İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemə işlənməsi;
  • Bank, kassa və hesablaşma əməliyyatlarının uçotunun aparılması;
  • Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər maliyyə sənədlərinin işlənməsi;
  • Debitor və kreditor borclarına nəzarət;
  • Vergi, DSMF, statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi;
  • Mühasibat uçotunun qüvvədə olan qanunvericiliyə uyğun aparılmasının təmin edilməsi;
  • Rəhbərlik üçün maliyyə hesabatlarının hazırlanması.

Namizədə tələblər

  • Mühasibatlıq üzrə ali təhsil ;
  • Mühasib vəzifəsində minimum 2 il iş təcrübəsi;
  • 1C proqramı ilə iş təcrübəsi mütləqdir;
  • Vergi Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər;
  • MS Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək;
  • Analitik düşünmə, yüksək məsuliyyət, dəqiqlik və operativlik;
  • Komandada işləmək və effektiv ünsiyyət bacarığı.

İş şəraiti

  • 5 günlük iş qrafiki;
  • Peşəkar və dinamik iş mühiti;
  • Karyera inkişafı imkanları;
  • Əməkhaqqı müsahibə əsasında müəyyən ediləcək.

Qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar