S

Saf Pharma LLC

Son tarix: 13 Avqust 2026

Mühasib

Maliyyə və MühasibatlıqBakıTam Ştat13 İyul 202649

1200

Vakansiya haqqında

İş şəraiti

  • İş yeri: Bakı şəhəri Nəsimi rayonu
  • İş rejimi: Həftəlik 5 gün / 09:00-18:00
  • Əmək haqqı: 1200 - 1500 AZN

Öhdəlikləri: 

  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişləri
  • Bank, kassa, ədv depozit hesabarına, gömrük hesabına nəzarət və ödənişlərin həyata keçirilməsi
  • İnventarizasiya prosesinin həyata keçirilməsində iştirak
  • Əsas vəsaitlərin uçota alınması və sayımının həyata keçirilməsi
  • Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
  • Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi
  • Hesabatların hazırlanmasında iştirak (ƏDV, ÖMV, əmlak, statistik hesabat, Vahid bəyannamə, mənfəət vergisi hesabatı)
  • Uçot üzrə bütün əməliyyatların 1C və ERP proqramına işlənilməsi
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmalarının nəzatdə saxlanılması

Vəzifəyə tələblər:

  • Təhsil – Ali (mühasibatlıq, maliyyə və uyğun istiqamətlər üzrə)
  • Təcrübə - minimum 2 il (müvafiq sahə üzrə)
  • Vergi və əlaqəli qanunvericiliyi bilmək
  • Rus dili biliyi (mütləq)
  • 1C 8.2, 8.3-də sərbəst işləmə bacarığı
  • Riyazi məntiq
  • Detallara diqqət
  • Məsuliyyətlilik

Namizədlərin dəyərləndirilmə prosesi:

  • Birinci mərhələ - Müsahibatlıq sahəsi üzrə biliklərin yoxlanılması üçün test imtahanı,
  • İkinci mərhələ - Rəhbərliklə görüş. İşə qəbul

Uyğun namizədlərin CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar