A

AEM Elektron

Son tarix: 12 İyul 2026

Mühasib köməkçisi

Maliyyə və MühasibatlıqBakıTam Ştat13 İyun 2026162

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Gündəlik maliyyə əməliyyatlarının uçotunda iştirak etmək;
  • Müxtəlif hesabatların hazırlanmasına dəstək göstərmək;
  • Elektron qaimə-fakturaların və digər sənədlərin işlənməsində iştirak etmək;
  • Daxili və xarici maliyyə ödənişlərinin müəyyən edilmiş prosedurlara uyğun olaraq icra edilməsinin təmin edilməsi;
  • Elektron qaimələrin qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilməsi, qeydiyyata alınması və göndərilməsi;
  • Mühasibat uçotu üzrə ilkin sənədlərin hazırlanması, yoxlanılması və rəsmiləşdirilməsi;
  • Maliyyə və mühasibatlıq sənədlərinin sistemləşdirilməsi, arxivləşdirilməsi və müvafiq qaydada saxlanılmasının təmin edilməsi;
  • Rəhbərlik tərəfindən verilən mühasibatlıq şöbəsinin cari fəaliyyətinin həyata keçirilməsi ilə bağlı digər tapşırıqların icra edilməsi.

Tələblər:

  • Ali və ya orta ixtisas təhsili (Mühasibatlıq, Maliyyə və ya əlaqəli sahələr üzrə);
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Mühasibatlıq sahəsində təcrübə arzuolunandır.

İş şəraiti:

  • İş qrafiki: 5 gün, 09:00–18:00
  • Rəqabətli əmək haqqı (müsahibə zamanı müzakirə olunur)
  • Peşəkar inkişaf imkanları
  • Mehriban və dəstəkləyici iş mühiti

CV-nizi mövzu hissəsində “Mühasib köməkçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim etməyiniz xahiş olunur.

Oxşar vakansiyalar