G

Grinco

Son tarix: 7 Noyabr 2026

Mühasib-operator

Maliyyə və MühasibatlıqBakıTəcrübə7 Oktyabr 202660

800 ₼

Vakansiya haqqında

Grinco MMC şirkətin gündəlik maliyyə və mühasibat əməliyyatlarının dəqiq, vaxtında və sistemli şəkildə icrasını təmin edəcək Mühasib-operator axtarır.

Bu vəzifə ilkin mühasibat sənədlərinin hazırlanması, elektron qaimələr, bank əməliyyatları, debitor-kreditor hesablaşmaları, mal-material hərəkətləri və daxili uçot proseslərinin aparılmasını əhatə edir.

Vəzifə öhdəlikləri

  • Alış və satış əməliyyatlarının mühasibat sistemində düzgün qeydiyyatının aparılması;
  • Elektron qaimələrin hazırlanması, göndərilməsi, qəbul edilməsi və statuslarının izlənilməsi;
  • Hesab-faktura, təhvil-təslim aktı, müqavilə və digər ilkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılması;
  • Bank əməliyyatlarının aparılması, ödəniş tapşırıqlarının hazırlanması və bank çıxarışlarının sistemə işlənməsi;
  • Debitor və kreditor borclarının gündəlik izlənilməsi və üzləşmələrin aparılması;
  • Müştəri və təchizatçılar üzrə ödəniş və borc vəziyyətinin nəzarətdə saxlanılması;
  • Anbara daxil olan və anbardan çıxan malların sənədlər üzrə uçotunun aparılması;
  • Anbar, alış və satış məlumatlarının mühasibat/ERP sistemi ilə uyğunluğunun yoxlanılması;
  • Müqavilə, sifariş, qaimə, akt və ödəniş sənədlərinin qarşılıqlı uyğunluğunun yoxlanılması;
  • İlkin mühasibat sənədlərinin elektron və fiziki arxivinin sistemli şəkildə aparılması;
  • Aylıq bağlanış üçün tələb olunan sənəd və məlumatların hazırlanması;
  • Xarici mühasibat/consulting xidməti və şirkət rəhbərliyi ilə mühasibat məsələləri üzrə koordinasiyanın həyata keçirilməsi;
  • Rəhbərliyə debitor-kreditor, ödənişlər, satışlar və digər əməliyyatlar üzrə tələb olunan hesabatların təqdim edilməsi;
  • Şirkətdaxili maliyyə və kommersiya məlumatlarının məxfiliyinin qorunması.

Namizədə tələblər

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Mühasib-operator, mühasib köməkçisi və ya oxşar vəzifədə minimum 1–2 il iş təcrübəsi;
  • 1C və MS Excel proqramlarında yaxşı işləmə bacarığı;
  • ERP proqramları ilə işləmə təcrübəsi üstünlükdür;
  • e-taxes, e-qaimə və internet banking sistemləri ilə işləmək bacarığı;
  • İlkin mühasibat uçotu və sənəd dövriyyəsi barədə yaxşı bilik;
  • Debitor-kreditor hesablaşmaları və üzləşmə proseslərini bilməsi;
  • Sənədlərlə işləyərkən yüksək diqqət və dəqiqlik;
  • Tapşırıqları son tarixlərə uyğun və məsuliyyətlə icra etmək bacarığı;
  • Analitik düşüncə, operativlik və komanda ilə işləmək bacarığı.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Xətai rayonu — Nobel Hotel-in yanı
  • İş günləri: Bazar ertəsi – Cümə, həftədə 5 gün
  • İş saatı: 08:30 – 17:30
  • Əmək haqqı: 800–1,000 AZN NET, namizədin bilik və təcrübəsindən asılı olaraq

Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Mühasib-operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar