F

Finstab

Son tarix: 30 İyul 2026

Mühasib / Vergi üzrə mütəxəssis

Maliyyə və MühasibatlıqBakıTam Ştat30 İyun 2026119

Müsahibə əsasında

Vakansiya haqqında

Finstab MMC genişlənən komandasına peşəkar mühasib axtarır.

Əsas vəzifələr:

  • Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi (ƏDV, mənfəət, gəlir vergisi və s.)
  • DSMF (məcburi dövlət sosial sığorta) hesabatlarının tərtibi və göndərilməsi
  • Dövlət Statistika Komitəsinə hesabatların hazırlanması
  • Elektron qaimə-fakturaların yazılması 
  • Ödənişlərin (bank əməliyyatları, köçürmələr) icra edilməsi

Tələblər:

  • Müvafiq sahədə təcrübə (vergi, DSMF, statistika hesabatları üzrə praktiki biliklər vacibdir)
  • Bəyannamələri sərbəst, müstəqil şəkildə tərtib edib təqdim edə bilmək
  • Vergi və statistika portalları ilə işləmə bacarığı
  • Excel — sərbəst səviyyə (cədvəllər, düsturlar, hesabatların formalaşdırılması)
  • Word — sənəd hazırlama bacarığı
  • Azərbaycan dilini səlis bilmək
  • Diqqətlilik, məsuliyyət və komandada işləmə bacarığı

Üstünlük sayılır:

  • Konsaltinq sahəsində təcrübəsi olanlara üstünlük verilir
  • Maliyyə/mühasibat üzrə ali təhsil

Biz təklif edirik:

  • Rəqabətədavamlı əmək haqqı (müsahibə əsasında)
  • Rəsmi işə qəbul
  • Peşəkar inkişaf imkanı
  • Komanda mühiti

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız sahəyə uyğun təcrübəsi olan namizədlərin müraciət etməsi xahiş olunur. Uyğun olmayan müraciətlər nəzərə alınmayacaq.

Oxşar vakansiyalar