S

STDC

Son tarix: 9 İyul 2026

Mühəndis elektrik

MühəndislikBakıTam Ştat9 İyun 202677

2700

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • 6 kV, 10 kV, 35 kV və daha yüksək gərginlikli elektrik qurğularının istismarını təşkil etmək və nəzarətdə saxlamaq;
  • Transformator yarımstansiyalarının, güc transformatorlarının, paylayıcı qurğuların, elektrik ötürücü xətlərinin və rele mühafizə sistemlərinin texniki vəziyyətini mütəmadi yoxlamaq;
  • Elektrik avadanlıqları üzrə planlı baxış, profilaktik təmir və sınaq işlərinin təşkilində iştirak etmək;
  • Elektrik enerjisinin keyfiyyət göstəricilərini izləmək və təhlil etmək;
  • Qəza və nasazlıqların səbəblərini araşdırmaq, onların aradan qaldırılması üçün texniki tədbirlər hazırlamaq;
  • Elektrik sxemlərini, layihələri və texniki sənədləri oxumaq, təhlil etmək və yeniləmək;
  • Yeni elektrik avadanlıqlarının quraşdırılması, sınaqdan keçirilməsi və istismara qəbulunda iştirak etmək;
  • Enerji sərfiyyatının optimallaşdırılması və enerji səmərəliliyinin artırılması üzrə təkliflər hazırlamaq;
  • Elektrik təhlükəsizliyi qaydalarına əməl olunmasına və işçilərin təhlükəsizlik tələblərinə riayət etməsinə nəzarət etmək;
  • Podratçı təşkilatlar tərəfindən görülən elektrik-quraşdırma işlərinin keyfiyyətinə texniki nəzarəti həyata keçirmək;
  • Texniki hesabatlar, aktlar, qüsur cədvəlləri və digər sənədləri hazırlamaq;
  • Dövlət qurumları və enerji təchizatçı təşkilatlarla texniki məsələlər üzrə əməkdaşlıq etmək.

Tələblər

  • Bu sahədə 3 ildən artıq təcrübəsi olmalıdır 
  • Müvafiq sahə üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir 
  • Təhsil: ali (energetika sahəsi üzrə)

İş şəraiti

  • İş saatları: 9:00-dan 18:00-dək. Həftə içi beş gün
  • Əmək haqqı: 2700 AZN

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar