A

AzəriMed MMC

Son tarix: 7 Avqust 2026

Mühəndis köməkçisi

MühəndislikBakıTam Ştat7 İyul 202636

500

Vakansiya haqqında

Tələblər:

  • Yaş: 20-25;
  • Təcrübə: Müvafiq sahədə iş təcrübəsi tələb olunmur;
  • Təhsil: Ali təhsil (Biotibbi Cihaz Texnologiyaları, Elektronika və ya Kompüter mühəndisliyi) üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan və  İngilis dillərində sərbəst ünsiyyət qurmaq bacarığı;
  • Sürücülük təcrübəsinə malik;
  • İşində dəqiq və məsuliyyətli olmaq.

Vəzifə öhdəlikləri:

  • Biotibbi mühəndisə laboratoriya və tibbi avadanlıqların texniki baxışı, quraşdırılması və servis işlərində dəstək göstərmək; 
  • Tibbi və laboratoriya avadanlıqlarının profilaktik texniki xidmətinin həyata keçirilməsində iştirak etmək; 
  • Kiçik texniki nasazlıqların aradan qaldırılmasına kömək etmək və mürəkkəb nasazlıqlar barədə biotibbi mühəndisə məlumat vermək; 
  • Görülən texniki işlər üzrə sənədləşmənin aparılmasına və hesabatların hazırlanmasına dəstək vermək; 
  • Avadanlıqların daşınması, quraşdırılması və istifadəyə verilməsi prosesində iştirak etmək; 
  • Verilmiş tapşırıqları müəyyən edilmiş vaxt çərçivəsində yerinə yetirmək; 
  • Zərurət yarandıqda regionlara ezamiyyətlərdə iştirak etmək və biotibbi mühəndisə texniki dəstək göstərmək.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük (09:00-18:00)
  • Ünvan: Nərimanov rayonu, Məmməd Araz 18
  • Əmək haqqı:  500–600 AZN (başlanğıc səviyyə, gələcək inkişaf və əmək haqqı artımı imkanı mövcuddur).

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “Mühəndis köməkçisi” qeyd etməkl' Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-440-74-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Oxşar vakansiyalar