Avaz Eşitmə və Nitq Mərkəzi
Müştəri Əlaqələri üzrə Mütəxəssis
500 ₼
Vakansiya haqqında
AVAZ Eşitmə və Nitq Mərkəzi müştərilərlə effektiv ünsiyyət qurmaq, sosial media və telefon üzərindən müraciətləri idarə etmək və satışa çevirmək üçün Telesatış və Müştəri Əlaqələri üzrə Mütəxəssis axtarır.
Bu vəzifənin əsas məqsədi – müraciət edən şəxslərlə düzgün ünsiyyət quraraq onları müayinəyə və xidmətlərə yönləndirmək, həmçinin müştəri məmnuniyyətini təmin etməkdir.
Vəzifə öhdəlikləri
- Sosial media (Instagram, WhatsApp və s.) və telefon vasitəsilə daxil olan müraciətləri operativ və peşəkar şəkildə cavablandırmaq
- Müştərilərlə əlaqə saxlayaraq onların ehtiyaclarını müəyyən etmək və uyğun xidmətlər təklif etmək
- Xidmətlər barədə məlumat vermək və müştəriləri müayinəyə yönləndirmək
- Mesajlaşma və zəng vasitəsilə müştərilərin qeydiyyatını aparmaq, görüşləri planlaşdırmaq
- Qeydiyyat cədvəli ilə işləmək və müştəri məlumatlarını sistemə daxil etmək
- Müştərilərlə follow-up (təkrar əlaqə) aparmaq və müraciətlərin nəticəyə çevrilməsini təmin etmək
- Xidmət almış müştərilərlə əlaqə saxlayaraq məmnunluq səviyyəsini öyrənmək və zəruri hallarda xatırlatmalar etmək
- Müştəri məmnuniyyətinin artırılmasına dəstək olmaq
- Vasitəçisi olduğu satış nəticələri üzrə hesabatlar hazırlamaq
Namizədə dair tələblər
- Satış və ya onlayn müştəri xidməti sahəsində təcrübə üstünlükdür
- Telefon və yazılı ünsiyyət bacarıqları
- Sosial media platformaları ilə işləmə bacarığı
- Azərbaycan dilində sərbəst yazı və danışıq (Rus və İngilis dili üstünlükdür)
- Məsuliyyətli, diqqətli və nəticə yönümlü (satışa fokuslu) olmaq
Üstünlük veriləcək
- Satış və ya telesatış təcrübəsi
- Müştəri xidmətləri sahəsində iş təcrübəsi
- Tibbi sahədə və ya klinika mühitində təcrübə
İş şərtləri
- Əmək müqaviləsi əsasında rəsmi əmək münasibətləri
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftədə 6 iş günü
- İş saatları: Həftə içi 09:00 – 18:00, Şənbə 10:00-14:00
- Şənbə və bazar günləri, bayram günləri, eləcə də iş saatları xaricində daxil olan zəng və mesajların vaxtında cavablandırılması tələb olunur.
- Əmək haqqı: 500 AZN
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Müştəri Əlaqələri üzrə Mütəxəssis” qeyd etməklə göndərə bilərlər.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
Satıcı
S.I.G.N LTD
Rieltor
Karat əmlak
Satış operatoru
"LAFT GROUP" MMC
B2B Sales Manager
Formula Drive MMC
Restoran kassiri
Ajdahadoner
CRM & Loyalty Manager
Saffron Group
