F

Ferrum Capital

Son tarix: 9 Avqust 2026

Müştəri məmnuniyyəti üzrə kiçik mütəxəssis

Marketinq və SatışBakıTam Ştat9 İyul 202642

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Müştəri məmnuniyyəti bölməsində Müştəri məmnuniyyəti üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Vəzifə öhdəlikləri:

  • Müştəri məmnuniyyəti ilə bağlı müştərilərə zənglərin edilməsi;
  • Göstərilən xidmət və ya təqdim olunan məhsul haqqında müştərilərin rəy, təklif və şikayətlərini toplamaq və sistemdə qeydiyyata almaq;
  • Müştərilərin problemlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi;
  • Rəhbərlik tərəfindən verilən və vəzifə öhdəliklərinə uyğun digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Tələblər

  • Ali təhsil
  • 21-29 yaş aralığında gənclər
  • Yüksək səviyyədə azərbaycan, rus dili
  • Səlis və aydın nitq qabiliyyəti
  • Çevik qərarvermə və problem həlletmə
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı

Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 09:00 – 18:00
  • Əmək haqqı: 400 AZN (Gross) + Bonus

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar