S

Sirab Satış və Dağıtım MMC

Son tarix: 3 Oktyabr 2026

Müştəri Şikayətləri və Müştəri Təcrübəsinin İdarə Edilməsi üzrə mütəxəssis

Müştəri XidmətləriAbşeronTam Ştat3 Sentyabr 202650

Müsahibə əsasında

Vakansiya haqqında

Əsas tələblər:

  • Ali təhsil 
  • Komputer bilikləri: MS Office - yaxşı
  • Dil bilikləri: Azərbaycan-əla, rus dili üstünlükdür

Fərdi keyfiyyət göstəriciləri:

  • Məsuliyyətlilik
  • Komandada işləmək bacarığı
  • Ünsiyyət qurma bacarığı

İş barədə: 

  • Müştəri müraciətlərinin qəbulu və qeydiyyatı;
  • Telefon, sosial media, elektron poçt, satış kanalları, distribütorlar, zavod və digər kanallardan daxil olan müştəri şikayət, irad, təklif və rəylərini qəbul etmək;
  • Hər bir müraciəti müəyyən edilmiş sistemdə/CRM-də və ya müvafiq qeydiyyat bazasında qeydiyyata almaq;
  • Müraciətin tarixini, müştəri məlumatlarını, məhsulun adını, partiya/batch məlumatlarını; satış nöqtəsini, problemin mahiyyətini və digər vacib detalları qeyd etmək
  • Müraciətləri mövzu və prioritet üzrə təsnifləndirmək;
  • Müraciəti aidiyyəti şöbəyə ötürüldükdən sonra nəticəyədək izləmək;
  • Müştəriyə araşdırmanın gedişi barədə zəruri hallarda məlumat vermək;
  • Yekun qərarı və görülmüş tədbiri müştəriyə çatdırmaq;
  • Müştərinin probleminin həll olunub-olunmadığını müəyyən etmək;
  • Marketinq departamentinə müntəzəm hesabatların hazırlanması;
  • Müştəri rəylərindən məhsul və brend haqqında əsas insight-ları müəyyən etmək;
  • Bazarda rəqiblərlə bağlı müştəri fikirlərini ayrıca qeyd etmək;
  • Marketinq kampaniyalarının müştərilər tərəfindən necə qəbul edildiyini müəyyən etmək;

İş vaxtının norması:

  • 5 günlük iş rejimi
  • Saat - 09:00/18:00

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Nahar şirkət təmin edilir
  • Korporativ telefon nömrəsi və danışıq paketi

İş yeri:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Müştəri Şikayətləri və Müştəri Təcrübəsinin İdarə Edilməsi üzrə mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Əlaqə: 099 900 35 89

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar