E

Esen Tekstil

Son tarix: 12 İyul 2026

Müştəri təmsilçisi

Marketinq və SatışBakıTam Ştat12 İyun 202646

1400

Vakansiya haqqında

Məsuliyyət və vəzifələr:

  • Təmsilçi olaraq müştərilərin məlumatları (rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayır və müştəri bazasına qeyd edir;
  • Camiyyətin təqdim etdiyi mal və xidmətlərin qiymətlərindəki dəyişikliklərlə, avadanlıqların təchizat müddətləri ilə bağlı müştəriləri məlumatlandırır;
  • Müştərilərlə əlaqə yaradır;
  • Müştəri tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edir və rəhbərliyi məlumatlandırır; 
  • Malların anbardan çıxarılıb müştəriyə göndərilməsi üçün mal tələbnaməsini yazır;
  • Malların müştəriyə çatdırılmasını təmin edir;
  • Malların təchizat müddətlərinin əməl edilməsinə nəzarət edir, malların təchizatı yubanarsa, öz rəhbərini məlumatlandırır;
  • Vaxtında reaksiya vermək məqsədilə avadanlıqlar çatdırıldıqdan sonra müştəridən avadanlıqların xüsusiyyətlərinə uyğunluğu, qablaşdırmanın düzgünlüyü, istehsalçı tərəfindən və ya daşınma zamanı qüsurların mövcud olub-olmaması barədə informasiya toplayır;
  • Müqavilələrin icrası ilə bağlı müştərilərin pretenziyalarının uçotunu aparır və Rəhbərliyi məlumatlandırır;
  • Prezentasiya və sərgilərin hazırlanmasında iştirak edir, Sərgi və prezentasiyalardan daxil olan informasiyaları qeydə alır.
  • Görülən işlərinin hesabatını rəhbərliyə təqdim edir.

Tələblər:

  • Ali təhsil 
  • Şirkətin məhsullarını müştərilərə təqdim etmək
  • Müştərilərin istəklərini tələblərini şərtlərə uyğun icra etmək.
  • Azərbaycan, səlis (rus, ingilis dilləri) arzuolunabdır.
  • Analitik düşünmə qabiliyyəti
  • Ofis proqramları bilmək,
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
  • Qeyd olunan sahədə 3 ildən az olmayan əmək təcrübəsi.

İş şəraiti:

  • İş vaxtı 09:00 - 18:00 (5 günlük iş həftəsi)
  • Şirkət tərəfindən-  nahar, korporativ nömrə və digər ofis ləvazimatları ilə təmin olunur.
  • Əmək haqqı 1400 AZN  
  • Ünvan Yeni Saray yolu 1.5 km

Göstərilən tələblərə cavab verən namizədlərdən şəkilli CV-lərini mövzu yerinə “Müştəri təmsilçisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Xahiş olunur tələblərə uyğun olmayan namizədlər müraciət etməsinlər.

Oxşar vakansiyalar