B
Baku Holiday Travel
Müştəri Xidmətləri üzrə Mütəxəssis (Call Center)
Müsahibə əsasında
Vakansiya haqqında
Baku Holiday Travel komandası Müştəri Xidmətləri üzrə Mütəxəssis (Call Center) vakansiyası elan edir.
Əgər səbirli ünsiyyət, aydın danışıq və müştərinin sualına dəqiq cavab tapmaq sizin güclü tərəfinizdirsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
- Daxil olan zənglərin, mesajların və müştəri müraciətlərinin vaxtında cavablandırılması
- Müştərilərin tur paketləri, aviabiletlər, viza, transfer və digər xidmətlərlə bağlı ilkin məlumatlandırılması
- Müraciətlərin aidiyyəti üzrə düzgün şöbə və əməkdaşlara yönləndirilməsi
- Buraxılmış zənglər üzrə müştərilərlə geri əlaqənin yaradılması
- Müştəri məlumatlarının və müraciətlərin CRM sisteminə düzgün daxil edilməsi
- Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin qorunması
- Sorğu və şikayətləri vaxtında həll etmək, lazım olduqda aidiyyəti şöbəyə yönləndirmək
- Günlük müraciətlərin izlənilməsi və rəhbərliyə müvafiq məlumatların təqdim edilməsi
Namizədə tələblər
- Ali təhsil (turizm, menecment və ya digər əlaqəli sahələr üzrə təhsil almış namizədlərə üstünlük veriləcək)
- Call Center sahəsində minimum 2 il iş təcrübəsi
- CRM sistemləri ilə iş təcrübəsi
- Azərbaycan və rus dillərində səlis ünsiyyət (ingilis dili üstünlükdür)
- Omnichannel kanallar (telefon, e-mail, WhatsApp/messenger və s) üzrə iş təcrübəsi
- Aydın diksiya və peşəkar ünsiyyət bacarığı
- Müştəri yönümlü yanaşma və stresli vəziyyətlərdə düzgün davranış bacarığı
- Komandada işləmək və operativ qərarvermə bacarığı
- Kompüter və ofis proqramları ilə işləmə bacarığı
Biz nə təklif edirik?
- Dinamik və peşəkar iş mühiti
- Turizm sektorunda maraqlı və yaradıcı layihələr üzərində işləmək imkanı
- Peşəkar inkişaf və davamlı öyrənmə imkanları
- Kreativ ideyaların dəstəkləndiyi və qiymətləndirildiyi komanda mühiti
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Müştəri Xidmətləri üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
M
Bugün
Resepşn
Metropark Ticarət və Əyləncə Mərkəzi • Bakı
Tam Ştat
550 ₼Müraciət et
"
Bugün
Sistem operatoru
"One Click" MMC • Bakı
Tam Ştat
400 ₼Müraciət et
K
Bugün
Qeydiyyatçı
KaryeraKadr • Bakı
Tam Ştat
650 ₼Müraciət et
M
Bugün
Resepşn / Direktor köməkçisi
Minor Business Group • Bakı
Tam Ştat
600 ₼Müraciət et
F
Bugün
Operativ dəstək əməkdaşı
Force Trade • Bakı
Tam Ştat
765 ₼Müraciət et
B
Bugün
Çağrı Mərkəzinin Meneceri
Business Insight International Research Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et