H

Hədəf STEAM Liseyi

Son tarix: 20 İyun 2026

MYP üzrə Riyaziyyat Müəllimi

Təhsil və TəlimBakıTam Ştat20 May 202672

Müsahibə əsasında

Vakansiya haqqında

“Hədəf Stars Campus” komandamıza peşəkar və təcrübəli MYP üzrə Riyaziyyat Müəllimi axtarır.

Ünvan - Hədəf Stars Campus - https://maps.app.goo.gl/xorpZsLhMg2TdMqP8

Əsas vəzifə öhdəlikləri:

  • IB Middle Years Programme (MYP) çərçivəsinə uyğun riyaziyyat dərslərinin planlaşdırılması və tədrisi
  • Şagirdyönümlü, araşdırma əsaslı və konseptual öyrənməni təşviq edən dərs mühitinin yaradılması
  • Dərs prosesində texnologiya və innovativ tədris metodlarından effektiv istifadə
  • MYP qiymətləndirmə meyarlarına uyğun formative və summative assessment-lərin hazırlanması və tətbiqi
  • Şagirdlərin akademik inkişafının davamlı izlənilməsi və qiymətləndirilməsi
  • Şagirdlərə və valideynlərə vaxtında və konstruktiv rəy verilməsi
  • Müsbət, inklüziv və dəstəkləyici sinif mühitinin formalaşdırılması
  • Məktəbin daxili qayda və prosedurlarına riayət olunması
  • Müəllim kollektivi, valideynlər və akademik heyətlə əməkdaşlıq
  • Departament və ümumməktəb iclaslarında, eləcə də məktəb təşəbbüslərində fəal iştirak

Tələblər:

  • Ali təhsil (riyaziyyat və ya əlaqəli sahə üzrə)
  • Riyaziyyat fənninin tədrisi üzrə minimum 3 il iş təcrübəsi
  • IB MYP proqramı üzrə iş təcrübəsi üstünlükdür
  • Beynəlxalq və ya ingilisdilli məktəblərdə iş təcrübəsi üstünlük hesab olunur
  • İngilis dili biliyi arzuolunandır

Bacarıqlar və səriştələr:

  • MYP kurikulumu və qiymətləndirmə prinsipləri üzrə bilik
  • Fənn üzrə yüksək bilik səviyyəsi
  • Güclü ünsiyyət və təqdimat bacarıqları
  • Effektiv sinif və zaman idarəetməsi bacarıqları
  • Məsuliyyətli, yaradıcı və peşəkar yanaşma
  • Komandada işləmək və əməkdaşlıq bacarığı

Biz nə təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
  • İş qrafiki: 08:00 – 17:00 (həftədə 5 gün)
  • 56 gün ödənişli məzuniyyət
  • Şirkət tərəfindən gündəlik nahar
  • Əməkdaşların övladları üçün məktəb ödənişlərində endirim
  • Müntəzəm təlim və inkişaf proqramları
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar