H

HHTECH MMC

Son tarix: 19 Oktyabr 2026

Nasos Servisi üzrə Texnik-Mexanik

İnşaat və MemarlıqBakıTam Ştat19 Sentyabr 202648

1200

Vakansiya haqqında

 

Şirkət: Hydro Heat Tech MMC

İş yeri: Bakı

İş rejimi: 9.00 dan 18.00

Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.

 

Hydro Heat Tech MMC su nasosları və nasos sistemlərinin servis və texniki xidməti üzrə texnik/mexanik vəzifəsinə işçi axtarır.

 

 

  1. Şirkət tərəfindən

    Rəsmi işə qəbul;
  2. Stabil iş şəraiti;
  3. Peşəkar nasos və servis avadanlıqları ilə işləmək imkanı;
  4. Təcrübə və peşəkarlığa uyğun əmək haqqı;
  5. İş prosesində texniki inkişaf və təcrübə qazanmaq imkanı.

Müraciət qaydası:

Namizədlər CV-lərini WhatsApp vasitəsilə +994 77 228 06 91 nömrəsinə göndərə bilərlər.

CV göndərərkən “Nasos servisi üzrə texnik-mexanik” qeyd edilməsi xahiş olunur.

Tələblər:

  1. Mexanika və texniki işlər üzrə anlayış;
  2. Nasosların təmiri sahəsində təcrübə üstünlükdür;
  3. Elektrik mühərrikləri haqqında ilkin texniki biliklərin olması;
  4. Ölçü və əl alətləri ilə işləmə bacarığı;
  5. Podşipnik, salnik, val və digər mexaniki hissələrlə işləmə bacarığı;
  6. Texniki problemi müəyyən edib həll etmək bacarığı;
  7. Məsuliyyətli, intizamlı və komandada işləmə bacarığı;
  8. Obyektlərdə servis işlərinə getmək imkanının olması.

Üstünlük verilir:

Grundfos, Wilo, EBARA, Zenit, KSB, Pedrollo, Lowara, Calpeda və digər sənaye/su nasoslarının təmiri üzrə təcrübəsi olan namizədlərə.

Vəzifə öhdəlikləri:

  1. Müxtəlif növ su nasoslarının sökülməsi, yığılması və təmiri;
  2. Nasoslarda yaranmış mexaniki nasazlıqların müəyyən edilməsi;
  3. Podşipnik, mexaniki salnik, val, çarx, diffuzor və digər ehtiyat hissələrinin yoxlanılması və dəyişdirilməsi;
  4. Nasos və elektrik mühərriklərinin montaj və demontaj işlərinin görülməsi;
  5. Nasosların texniki baxışı və profilaktik servisinin aparılması;
  6. Nasosların işə salınması və işləmə vəziyyətinin yoxlanılması;
  7. Obyektlərdə servis və təmir işlərinin həyata keçirilməsi;
  8. Görülən işlər barədə servis rəhbərinə məlumat verilməsi.

Oxşar vakansiyalar