B

Blue Planet Distribution

Son tarix: 26 Avqust 2026

Nəzarətçi

İnzibati İşlərBakıTam Ştat27 İyul 2026295

650

Vakansiya haqqında

Departament: Əməliyyatlar 

Birbaşa tabe olur: Nəzarət üzrə menecer 

Məşğulluq vəziyyəti: Tam iş vaxtı 

Vəzifə öhdəlikləri:

  • Mağaza ərazisinə giriş və çıxışın yoxlanılması(əsas/arxa giriş və çıxış, anbarlar, yanğın çıxışı)
  • Mağaza işçilərinin mağazaya daxil olarkən və cıxarkən yoxlanılması 
  • Müştəri ilə yaranan problemlərin həll edilməsi və bir başa mağaza menecerinə bildirilməsi
  • Mağaza ərazisinin ümumi təhlükəsizliyini yoxlamaq və potensial təhlükə barədə məlumat vermək. 
  • İtkilərin qarşısını alınmasında köməklik etmək.
  • Anbardan çıxan məhsullarının taqlandığını yoxlamaq
  • Mağazaya daxil olan və mağazadan çıxan məhsulları təhvil-təslim aktı ilə yoxlamaq
  • Luks mağazalarda müştəri üçün giriş qapısını açıb bağlamaq
  • Sport mağazalarda oğurluq əleyhinə avadanlığı hər saatda 1 dəfə yoxlamaq
  • İşçi və ya müştəri qanun pozuntusunu etsə dərxal müdaxilə etmək və baş nəzarətçiyə xəbər vermək
  • Mağaza ərazisində məhsulların taqlarını və ciblərini yoxlamaq
  • Mağazada olan məhsul və inventarı qorumaq
  • Sürücü ilə bir yerdə qiymətli məhsulun (qızıl və s.) loqistika mərkəzindən mağazaya gətirmək və açılışında iştirak etmək
  • Pul transferlərində kassirlərlə bərabər iştirak etmək
  • Mağazanın və anbarın ümumi ərazilərinin təhlükəsizliyini yoxlamaq və şübhəli nəsə görəndə baş nəzarətçiyə bildirmək
  • Baş nəzarətçinin və əməliyyatlar şöbəsinin rəhbərinin digər verdiyi tapşırıqları yerinə yetirmək

Tələblər:

  • Təhlükəsizlik sahəsində minimum 1 il iş təcrübəsi
  • Diqqətli, məsuliyyətli və operativ qərarvermə bacarığı
  • Gərgin və növbəli iş rejimində işləmə imkanı
  • Yaxşı fiziki hazırlıq və yüksək müşahidə qabiliyyəti
  • Komandada işləmə və ünsiyyət bacarığı
  • Təhlükəsizlik sistemləri və prosedurları barədə bilik
  • Azərbaycan dilində sərbəst danışıq (rus və ya ingilis dili bilikləri üstünlükdür)

İş şəraiti və imtiyazlar: 

  • İş saatları: 10:00-22:00 (bir gündən bir) 
  • Peşəkar və inkişaf yönümlü iş mühiti 
  • İşçi endirimləri 
  • Partnyor endirimləri (restoranlar, təhsil, səyahət və s.)

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə tam uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar