S

Stellart Academy

Son tarix: 24 Oktyabr 2026

Office Manager

İnzibati İşlərBakıTam Ştat24 Sentyabr 2026111

500

Vakansiya haqqında

Stellart Academy komandasını genişləndirir və həm ofis idarəetməsində aktiv, həm də kamera qarşısında sərbəst olan, dinamik komanda yoldaşı axtarır!

Əsas şərtimiz odur ki, namizəd həm ofis proseslərini səliqə ilə idarə etsin, həm də tədris mühitinin canlılığını sosial şəbəkələrimiz üçün (story formatında) əyləncəli şəkildə əks etdirə bilsin.

 

 Müraciət qaydası:

Maraqlanan namizədlərdən xahiş olunur ki, cv-ni [email protected] elektron poçt ünvanına mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərsinlər.

Tələblər:

• Cins və yaş məhdudiyyəti yoxdur (əsas olan enerjili, aktiv və məsuliyyətli olmaqdır).

• İdarəetmə, təşkilatçılıq və kommunikasiya bacarıqları.

• Kamera qarşısında həyəcanı olmayan, sərbəst, gülərüz və ünsiyyətcil.

• Smartfonla (telefonla) keyfiyyətli və operativ çəkilişlər etmək bacarığı.

• Komanda ilə işləmə və yaradıcı ideyalar təqdim etmə həvəsi.

Vəzifə öhdəlikləri:

• Ofis İdarəetməsi və Qeydiyyat: Ofisin ümumi idarə edilməsi, gələn qonaqların, müəllimlərin və tələbələrin/uşaqların qeydiyyatının aparılması.

 

• İnnovativ Yanaşma: Ofis idarəçiliyinə və proseslərə maraqlı, aktiv yeniliklər və ideyalar gətirmək.

 

• Çəkiliş və Kontent: Dərs prosesi zamanı müəllimlərin və tələbələrin telefon vasitəsilə təbii, canlı videolarını çəkmək və sosial şəbəkə storilərində paylaşmaq.

 

• Kamera Qarşısında Təqdimat: Bəzi hallarda kamera qarşısına keçərək kursun xidmətləri, başlayan qruplar və dərslər barədə məlumatlar vermək, aktiv və əyləncəli tərzdə təqdim etmək.

Oxşar vakansiyalar