T

TWC Management Consulting

Son tarix: 30 Noyabr 2026

Office Manager / Business & Consulting Support

İnzibati İşlərBakıTam Ştat31 Oktyabr 202662

Müsahibə əsasında

Vakansiya haqqında

Şirkətimiz ofis proseslərinin səmərəli idarə olunmasına dəstək göstərməklə yanaşı, konsaltinq layihələrində komandaya inzibati və əməliyyat dəstəyi verəcək proaktiv və təşəbbüskar Office Manager axtarır. Bu vəzifə yalnız gündəlik ofis işlərini əhatə etmir – eyni zamanda namizəd idarəetmə və biznes konsaltinq layihələrinin icrasında yaxından iştirak edərək praktiki təcrübə qazanmaq imkanı əldə edəcək.

Siz idarəetmə komandasının tərkibində çalışaraq gündəlik ofis əməliyyatlarının koordinasiyası, sənədləşmə proseslərinin idarə edilməsi və təqdimatların hazırlanmasında iştirak edəcəksiniz. Bu rol xüsusilə biznes, maliyyə və menecment sahəsində inkişaf etmək, konsaltinq mühitində təcrübə qazanmaq istəyən namizədlər üçün yaxşı fürsətdir.

General Office Manager şirkətin daxili proseslərinin düzgün təşkili, operativ qərarların icrası və layihə komandalarına inzibati dəstəyin göstərilməsi ilə yanaşı, konsaltinq fəaliyyətinin ümumi effektivliyinə töhfə verəcək.

Vəzifə öhdəlikləri:

  • Ofis daxilində gündəlik əməliyyatların icrası
(qaimə, müqavilə və digər sənədlərin hazırlanması və müştərilərə göndərilməsi)
  • Layihə çərçivəsində hazırlanan PowerPoint təqdimatlarının dizayn və məzmun baxımından redaktəsində dəstək olmaq
  • Recruiting prosesinin idarə edilməsində dəstək:
yeni namizədlərin axtarışı, elanların hazırlanması və platformalarda paylaşılması
  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqların vaxtında və düzgün icrası
  • Ofis daxilində və müştərilərə göndəriləcək sənədlərin çap olunması, strukturlaşdırılması və düzgün formada hazırlanması
  • Ofis və layihə proseslərinin daha səmərəli təşkili ilə bağlı təkliflərin verilməsi

Namizəd üçün tələblər:

  • Bakalavr dərəcəsi
(İqtisadiyyat, Maliyyə, Menecment, Biznesin idarəedilməsi və əlaqəli sahələr)
  • Azərbaycan dilində səlis yazı və danışıq, rus dili biliyi, ingilis dili üstünlükdür
  • MS Word, MS Excel, MS PowerPoint proqramlarında yüksək səviyyədə bacarıq – üstünlükdür
  • Güclü ünsiyyət və komandada işləmə bacarığı
  • Yüksək məsuliyyət, operativlik və işlərin planlı şəkildə idarə edilməsi
  • Multitasking və yeni tapşırıqlara tez adaptasiya olmaq bacarığı
  • Detallara diqqət və sənədlərlə işləmə qabiliyyəti
  • Ofis mühitində minimum 1 il iş təcrübəsi üstünlükdür

Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar