B
Best Soft
Ofis Meneceri - Best Soft (Bakı, 2026)
500 ₼
Vakansiya haqqında
Namizədə tələblər:
- Xanım namizəd, 23–35 yaş;
- Ali təhsil;
- Ofis proqramları ilə işləmək bacarığı (Word, Excel, Outlook, 1C və s.);
- Azərbaycan və rus dillərini bilmək (ingilis dili arzuolunandır);
- Sürətli öyrənmə qabiliyyəti, əməksevərlik, məsuliyyətlilik, punktuallıq və dürüstlük.
Vəzifə öhdəlikləri:
- Daxil olan zənglərin, korporativ elektron məktubların, veb-sayt və digər mənbələrdən daxil olan müraciətlərin qəbulu və qeydiyyatının aparılması;
- Kommersiya təkliflərinin, müqavilələrin, təhvil-təslim aktlarının, elektron qaimə-fakturaların və digər sənədlərin hazırlanması, uçotunun aparılması, göndərilməsi və qəbulunun təmin edilməsi;
- Ofisin zəruri ləvazimatlarla təmin edilməsi və təsərrüfat işlərinin təşkili (dəftərxana ləvazimatları, məişət və mətbəx ehtiyacları, təmir, təmizlik və digər işlər);
- Ofisə gələn qonaqların qarşılanması, qonaqlara və rəhbərliyə çay və kofe təqdim edilməsi;
- Korporativ tədbirlərin, görüşlərin, təqdimatların, sərgilərin, korporativ bayramların və komanda quruculuğu tədbirlərinin təşkili;
- Açıq vakansiyalar üzrə namizədlərin axtarışı;
- Əməkdaşların iş vaxtının uçotunun aparılması;
- Daxili korporativ prosedurların və motivasiya sisteminin hazırlanmasında, dəyişdirilməsində və təkmilləşdirilməsində iştirak.
İş şəraiti:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına fitness-klub;
- Şirkət hesabına təlim və sertifikasiya imkanları;
- Korporativ tədbirlər;
- Mehriban və sıx əməkdaşlıq mühiti;
- Əmək haqqı: 500 AZN + bonus;
- İş qrafiki: həftənin 5 günü, saat 09:00–18:00.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
L
Xadimə
Lunchef catering MMC
BakıTam Ştat
800 ₼Bugün
B
Ofis Meneceri
Baku American Cyber Security School (BACS)
BakıTam Ştat
500 ₼Bugün
M
Office Manager / Executive Assistant
Multi Vec MMC
BakıTəcrübə
Müsahibə əsasındaBugün
S
Xadimə–Çayçı
Standart LTD MMC
BakıTam Ştat
500 ₼Bugün
L
Menecer
Larus MMC
BakıTam Ştat
800 ₼Bugün
A
Gözətçi
AMO Group
BakıTam Ştat
Müsahibə əsasındaBugün
