Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Ofisin gündəlik inzibati fəaliyyətini təşkil və koordinasiya etmək;
- Qonaqların qarşılanmasını, yönləndirilməsini və zəruri hallarda qeydiyyatını təşkil etmək;
- Daxil olan zəngləri və elektron müraciətləri qəbul edərək aidiyyəti üzrə yönləndirmək;
- Görüş və iclasların təşkilini, otaqların, materialların və texniki vasitələrin hazırlığını təmin etmək;
- Ofis ləvazimatlarına və gündəlik istehlak materiallarına olan ehtiyacları izləmək, təsdiq olunmuş sifariş və çatdırılmaları koordinasiya etmək;
- Ofis avadanlıqlarının və rabitə vasitələrinin texniki xidmət ehtiyaclarını izləmək, nasazlıqların aradan qaldırılmasını aidiyyəti şəxslərlə koordinasiya etmək;
- Daxil olan və gedən sənədlərin qəbulunu, qeydiyyatını və yönləndirilməsini, poçt və kuryer göndərişlərini təşkil etmək;
- Sənədlərin çapı, skan edilməsi, surətinin çıxarılması və komplektləşdirilməsi üzrə əməkdaşlara inzibati dəstək göstərmək;
- Əməkdaşlara verilən inventar və avadanlıqların təhvil-təslim prosesini rəsmiləşdirmək və müvafiq uçotu aparmaq;
- Ofisin ümumi istifadə sahələrində təmizlik və səliqəni izləmək, zəruri xidmətləri koordinasiya etmək;
- İnzibati xərclərə dair hesab, qəbz və digər sənədləri toplayaraq maliyyə şöbəsinə təqdim etmək;
- Rəhbərliyin əmək funksiyasına uyğun qanuni təşkilati tapşırıqlarını yerinə yetirmək, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və məxfilik qaydalarına riayət etmək.
Namizədə tələblər
- Ali təhsil;
- Ofis idarəçiliyi və ya inzibati dəstək sahəsində iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
- Rus və ingilis dillərini bilmək üstünlükdür;
- MS Office proqramları, elektron poçt və ofis avadanlıqları ilə sərbəst işləmək bacarığı;
- Sənəd dövriyyəsi, işgüzar ünsiyyət və görüşlərin təşkili üzrə biliklər;
- Yüksək təşkilatçılıq, operativlik, dəqiqlik və işləri prioritetləşdirmək bacarığı;
- Məsuliyyətli yanaşma, işgüzar etika və məxfilik prinsiplərinə riayət etmək.
Təklif edilir
- Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edən şirkətdə iş təcrübəsi;
- Fərdi inkişaf planı çərçivəsində təlim və peşəkar inkişaf imkanları;
- İş qrafiki: həftədə 5 iş günü, 09:00–18:00;
- Əmək haqqı namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar

Təmizlik meneceri (Cleaning Manager)
TAİS İKF
BakıTam Ştat
Müsahibə əsasındaDünən

Hüquqi Məsələlər departamentinin Korporativ İdarəetmə və Hesabatlılıq şöbəsinin Kargüzarlıq, Arxiv və Asistentlər qrupunun Kiçik mütəxəssisi
PASHA Bank
BakıTam Ştat
Müsahibə əsasında26 Noyabr 2026

Manager Assistant / Office Manager
Celt Colleges
BakıYarım Ştat
Müsahibə əsasında26 Noyabr 2026

Daxili təmir-tamamlama işləri üzrə layihə meneceri
Demiragac Engineering
BakıTam Ştat
Müsahibə əsasında26 Noyabr 2026

Təmizlik işçisi
Ganjali Plaza Hotel
BakıTam Ştat
650 ₼26 Noyabr 2026

İdarə Heyəti üzvünün köməkçisi
PASHA Life
BakıTam Ştat
Müsahibə əsasında26 Noyabr 2026

