500 ₼
Vakansiya haqqında
BONAFİDE QSC “Ofis meneceri” vəzifəsinə namizəd axtarışındadır!
Vəzifə öhdəlikləri:
- Sosial Media Marketinqi (SMM) işlərinin aparılması, şirkətin saytının və vatsap hesabının idarə edilməsi
- Satınalma işlərinin idarə edilməsi, o cümlədən təchizatçılarla əlaqə yaradılması, onlarla yazışmaların və danışıqların aparılması, təkliflərin yığılması və sənədlərin rəsmiləşdirilməsi
- Şirkətin kargüzarlığının aparılması, o cümlədən şirkətə daxil olan sənəd və malların qəbul edilməsi, habelə rəsmi sənədlərin çatdırılması məqsədi ilə kuryer xidməti ilə əlaqə saxlanılması və işlərin koordinasiya edilməsi
- Daxil olan telefon zənglərinin cavablandırılması, aidiyyəti işçilərə yönləndirilməsi
- Şirkətə gələn qonaqların qarşılanması və aidiyyəti şəxslərlə görüşünü təşkil edilməsi
- Şirkətin fəaliyyəti ilə bağlı rəhbərliyin digər tapşırıqlarının icra edilməsi
Tələblər:
- ·Ali və ya orta ixtisas təhsili;
- ·Sosial şəbəkə hesablarının və gündəlik ofis işlərinin idarə olunması üzrə ən azı 1 il iş təcrübəsi;
- ·Dil bilikləri: Azərbaycan dili (mükəmməl), Rus dili (mükəmməl), İngilis dili (arzuolunandır);
- ·Microsoft Office proqramları üzrə biliklər;
- ·Operativlik, komandada işləmək və müştərilərlə nəzakətli ünsiyyət bacarıqları
Şərtlər:
- 5 günlük normal iş rejimi (09.00 – 18.00)
- Əmək qanunvericiliyi üzrə rəsmiləşdirmə
- 500-800 manat məbləğində maaş (namizəddən asılı olaraq)
- Əlavə bonuslar imkanı
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ofis meneceri” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız vakansiyaya daha uyğun gələn şəxslərlə əlaqə saxlanılacaq. Xahiş edirik bizimlə birbaşa telefon əlaqəsi yaratmağa cəhd etməyəsiniz.
Oxşar vakansiyalar
C
Bugün
Resepşn / Ofis Administratoru
City Media • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Xadimə
Azərbaycan Mikro Kredit BOKT • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Bugün
Ofis meneceri
STIMUL Education & Consulting • Bakı
Tam Ştat
450 ₼Müraciət et
P
Bugün
Administrator
Prime Cyber Club • Bakı
Tam Ştat
600 ₼Müraciət et
T
Dünən
Xadimə /Təmizlik işçisi
The WOO • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Dünən
Ofis meneceri
B-Agro • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et