A

ABB-İnvest İnvestisiya Şirkəti QSC

Son tarix: 31 Avqust 2026

Ofis Meneceri

İnzibati İşlərBakıTam Ştat31 İyul 2026121

Müsahibə əsasında

Vakansiya haqqında

İş şəraiti

  • Şəhər: Bakı
  • İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
  • Əmək haqqı: Razılaşma əsasında

Vəzifə öhdəlikləri:

  • Şirkətin gündəlik inzibati işlərinin təşkili və koordinasiyası;
  • Rəhbərliyə inzibati və təşkilati məsələlərdə dəstək göstərmək;
  • Sənədlərin hazırlanması, qeydiyyatı və düzgün şəkildə idarə olunmasını təmin etmək;
  • Daxil olan və göndərilən sənədlərin, yazışmaların və digər inzibati məlumatların sistemli şəkildə aparılması;
  • Məktubların qəbulu, qeydiyyatı və aidiyyəti üzrə göndərilməsinin təşkili;
  • Rəhbərin görüşlərinin, iclaslarının və gündəlik planının təşkili;
  • Onlayn görüşlərin (Zoom və digər platformalar) yaradılması, təqvimlərin (calendar) idarə olunması;
  • Şirkətə gələn qonaqların və müştərilərin qarşılanması, yönləndirilməsi;
  • Ofisin gündəlik ehtiyaclarının izlənilməsi və təmin edilməsi;
  • Dəftərxana ləvazimatları və digər ofis ehtiyaclarının müəyyən edilməsi;
  • Ofisdə yaranan texniki və inzibati məsələlərin həlli üçün aidiyyəti şəxslərlə əlaqələndirmələrin aparılması.

Tələblər:

  • Ali təhsil (idarəetmə və ya əlaqəli sahələr üzrə olması üstünlükdür);
  • Ofis meneceri və ya inzibati sahədə iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan dili – mükəmməl səviyyədə;
  • Rus və ingilis dillərini bilmək üstünlükdür;
  • MS Office proqramları (Word, Excel, Outlook), Zoom və digər ofis proqramları ilə işləmək bacarığı;
  • Sənədlərlə işləmə və məlumatların düzgün idarə olunması bacarığı;
  • Yüksək təşkilatçılıq və planlama bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və səliqəlilik;
  • Operativ qərarvermə və problemlərin həlli bacarığı;
  • Güclü ünsiyyət bacarığı və peşəkar davranış.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu sətrində “Ofis meneceri” vəzifəsini qeyd etməyi unutmayın.

Oxşar vakansiyalar