700 ₼
Vakansiya haqqında
Şirkətimiz avtomatik qapılar və sənaye tipli qapıların quraşdırılması sahəsində fəaliyyət göstərir. Komandamıza dəqiq, məsuliyyətli və təşkilatçı bir Ofis Meneceri axtarırıq.
Vəzifə Öhdəlikləri
- Ofisə servislə bağlı daxil olan zəngləri cavablandırmaq və müştərilərə lazım olan ilkin məlumatı vermək, müştərilərdən lazımi sənədləri tələb etmək və təyinatı üzrə istiqamətləndirmək
- Şirkətin sənəd mübadiləsinin təminatı: daxil olan və gedən sənədlərin qeydiyyatı, hesabatı, saxlanılması və arxivləşdirilməsi
- Kargüzarlıq işlərinin aparılması
- Davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək
- Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək
- Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi)
- Rəhbərliyin tapşırıqlarını və digər işləri vaxtında və düzgün yerinə yetirmək
- Zəruri məlumatları telefon və ya elektron poçt vasitəsi ilə təqdim etmək
- Müştəriyə Qiymət təklifi sənədinin hazırlanıb göndərilməsi
- Müqavilələrin HF, TTA, QRP hazırlanması, imzaya verilməsi
- Aylıq servislərin davamiyyətinə nəzarət
- Aktların gətirilməsi və çeşidlənib paylanması
- Təsdiq sənədlərini kuryerdən göndərmək
Namizədə Tələblər
- Xanım namizədlərə üstünlük verilir
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti, İngilis və Rus dil bilikləri üstünlükdür
- MS Office (Excel, Word) proqramlarında sərbəst işləmək bacarığı
- İş təcrübəsi: 1–2 il
- Ofis avadanlıqları ilə (printer, scan) tam sərbəst işləmək bacarığı
- Komanda ilə kommunikasiyanı yüksək səviyyədə qurmaq
- İşgüzar münasibət etikası
- İşində səliqəli, məsuliyyətli və dəqiq olmaq
İş Şəraiti
- İş qrafiki - Bazar ertəsi – Cümə, 09:00–18:00
- Şənbə - 09:00–13:00
- Bazar - İstirahət günüdür
- Əmək haqqı - 700 AZN – 900 AZN (net)
- Ünvan - Bakı, Nərimanov r.
Əlaqə - 051 229 79 84
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:
Oxşar vakansiyalar
M
Dünən
Planlama üzrə mütəxəssis
Matanat A • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
G
Dünən
Administrator / Reception
Glodemia • Bakı
Təcrübə
600 ₼Müraciət et
E
Dünən
Direktor
EuroAzerTrade MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et
1
Dünən
Xadimə
145 Group • Kəlbəcər
Tam Ştat
400 ₼Müraciət et
"
Dünən
Xadimə
"Express Print" MMC • Bakı
Tam Ştat
500 ₼Müraciət et
S
Dünən
Montaj köməkçisi
S-ENNA • Bakı
Tam Ştat
600 ₼Müraciət et