S

Smile by Dr. Bakhtiyar

Son tarix: 17 Oktyabr 2026

Ofis meneceri

İnzibati İşlərBakıTam Ştat17 Sentyabr 202660

550

Vakansiya haqqında

Stomatoloji klinikamıza məsuliyyətli, ünsiyyətcil, operativ və iş prosesində çevik fəaliyyət göstərə bilən rus dilli əməkdaş tələb olunur.

İş şəraiti:

  1. İş saatı: 10:00–19:00;
  2. Əməkhaqqı: müzakirə əsasında;
  3. Digər iş şərtləri müsahibə zamanı ətraflı müzakirə ediləcək.

Tələblər:

  1. 20–30 yaş;
  2. Səlis və nəzakətli nitq qabiliyyəti;
  3. Pasiyentlərlə düzgün və peşəkar ünsiyyət qurmaq bacarığı;
  4. Kompüter proqramlarından istifadə bacarığı;
  5. Məsuliyyətli, diqqətli və operativ olmaq;
  6. Komandada işləmək bacarığı;
  7. Rus dili biliyi mütləqdir;
  8. İngilis dili biliyi arzuolunandır.

Vəzifə öhdəlikləri:

  1. Resüpsionda fəaliyyət göstərmək;
  2. Pasiyentlərin qarşılanması və qəbulunun təşkili;
  3. Daxil olan telefon zənglərinin cavablandırılması və pasiyentlərə lazımi məlumatların verilməsi;
  4. Pasiyentlərin qəbul saatlarının planlaşdırılması və koordinasiyası;
  5. Ehtiyac olduqda pasiyentlərə müalicə planı və qəbul prosesi ilə bağlı məlumatların izah edilməsi;
  6. Həkim və pasiyent arasında koordinasiyanın təmin edilməsi;
  7. Sayt üzrə müvafiq işlərin görülməsi, məlumatların yenilənməsi və təkmilləşdirilməsi;
  8. Klinikada gündəlik iş prosesinin təşkilinə dəstək göstərilməsi;
  9. Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra edilməsi.

Oxşar vakansiyalar