Rcam
Ofis / SMM menecer (Xanım)
500 ₼
Vakansiya haqqında
"Rcam" təhlükəsizlik və video nəzarət sistemləri mağazası (CCTV sahəsində aparıcı mağazalardan biri).
Texniki sahəyə (kameralar, təhlükəsizlik sistemləri) marağı olan və tez öyrənən (sahə üzrə ilkin məlumatlar tərəfimizdən öyrədiləcək).
İş qrafiki: Altıbazar (və ya danışıq əsasında həftədə 1 gün istirahət);
Əmək haqqı: 500 - 900 AZN (Namizədin bacarığına görə təyin olunur) + Sosial şəbəkələrdən və satışdan gələn Bonuslar;
Gələcəkdə karyera və gəlir artımı imkanı;
CV-nizi və varsa idarə etdiyiniz/montaj etdiyiniz video nümunələrini [watsapp nömrəsi və ya Email] ünvanına göndərməyiniz xahiş olunur.
Tələblər:
Diksiyası düzgün, müştərilərlə səbirli və pozitiv ünsiyyət qurmağı bacaran;
Təşkilatçılıq qabiliyyəti yüksək olan, diribaş və məsuliyyətli;
Sosial şəbəkələrlə (SMM) işləmək bacarığı, mobil montaj proqramlarından (məsələn, CapCut) rahat istifadə edə bilən;
Vəzifə öhdəlikləri:
Mağazanın gündəlik işlərinin koordinasiya edilməsi;
Müştəri müraciətlərinin (zənglərin, vatsap və sosial şəbəkə mesajlarının) cavablandırılması, qeydiyyatı;
Usta heyətinin iş qrafikinin və quraşdırma planının tənzimlənməsi;
Rəhbərlik tərəfindən xaricdən
(tədarük nöqtələrindən) göndərilən video və foto materialların mobil telefon proqramlarında (CapCut və s.) montajı, trendlərə uyğunlaşdırılması və sosial şəbəkələrdə (Instagram, TikTok)
paylaşılması.
Oxşar vakansiyalar
Satıcı-konsultant
Tartine et Chocolat (French luxury boutique) • Bakı
Satış Təmsilçisi
FAB Group-Omid MMC • Bakı
Satış təmsilçisi (satış agenti)
CASPİYA • Bakı
SMM-menecer
IGNIS ELECTRONICS • Abşeron
Şirkət Təmsilçisi
Melody Coaching&Consulting • Bakı
Satıcı
Chiffon Boutique • Bakı