C

Caspian Cable Systems

Son tarix: 9 Oktyabr 2026

Onlayn satış əməliyyatçısı

Marketinq və SatışBakıTam Ştat9 Sentyabr 2026102

600

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Onlayn kanallardan daxil olan müştəri müraciətlərini qəbul etmək, cavablandırmaq və ehtiyaclarına uyğun məhsul və xidmətlər təklif etmək.
  • Məhsul və xidmətlərin xüsusiyyətləri, qiymətləri, kampaniya, ödəniş və çatdırılma şərtləri barədə müştəriləri məlumatlandırmaq.
  • Müştərilərin sual və etirazlarını cavablandırmaq, satış prosesini həyata keçirmək və satışların artırılmasına çalışmaq.
  • Sifarişləri qəbul etmək, sistemə daxil etmək, aidiyyəti bölmələrə yönləndirmək və icrasını izləmək.
  • Müştərilərin irad, şikayət və təkliflərini qəbul etmək, həlli üzrə müvafiq tədbirlər görmək.
  • Müştəri və satış məlumatlarının müvafiq sistemlərdə düzgün və vaxtında qeydiyyatını aparmaq.
  • Onlayn satış platformalarında məhsul məlumatlarının aktuallığına və düzgünlüyünə nəzarət etmək.
  • Satış planı və KPI göstəricilərinin yerinə yetirilməsinə, müştəri məmnuniyyətinin təmin edilməsinə çalışmaq.
  • Aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək, bazar və rəqib fəaliyyətlərini izləmək və satışların inkişafı üzrə təkliflər vermək.
  • Müəssisənin daxili qaydalarına, satış standartlarına, əmək intizamına və məlumatların məxfiliyinə riayət etmək, rəhbərliyin qanuni tapşırıqlarını yerinə yetirmək.

Təhsil tələbləri:

  • Bakalavr (informasiya və mühəndislik üzrə ali təhsil arzuolunandır)

Staja dair tələb:

  • Onlayn satış və ya bənzər sahədə ən azı 1illik iş təcrübəsi

İxtisas səriştələri:

  • Effektiv ünsiyyət
  • Satış bilikləri
  • Təqdimetmə 
  • Operativlik
  • Dəqiqlik

Kompüter biliklərinə dair tələblər:

  • MS Office
  • Outlook
  • ERP

Dil bilikləri:

  • Səlis Azərbaycan dili, İngilis dili biliyi isə üstünlükdür.

İş şərtləri: 

  • 6 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər/ 6-cı gün qısa iş günü
  • Istirahət günü: bazar və bayram günləri
  • Əmək haqqı: fiks 600 AZN və aylıq bonuslar
  • İş yeri N. Nərimanov rayonu, Ə.Rəcəbli 156A ünvanında yerləşir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Onlayn satış əməliyyatçısı” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiyalar