Müsahibə əsasında
Vakansiya haqqında
İş şəraiti
- İş yeri: Baş Ofis, Bakı şəhəri
- İş qrafiki: 6 günlük iş rejimi
- Nahar fasiləsi: 13:00 – 14:00
Vəzifə öhdəlikləri
- Şirkətin icra etdiyi enerji, elektrik quraşdırma, tikinti və infrastruktur layihələri üzrə iş proqramlarının hazırlanması;
- Layihələrin ümumi və detallı icra qrafiklərinin tərtib edilməsi, yenilənməsi və icrasına nəzarət olunması;
- Layihələr üzrə plan və fakt göstəricilərinin müqayisə edilməsi, kənarlaşmaların təhlil olunması;
- Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Layihələrin vaxtında icra olunmasını təmin etmək məqsədilə kritik fəaliyyətlərin müəyyənləşdirilməsi;
- Layihə rəhbərləri, iş icraçıları və digər aidiyyəti şöbələrlə koordinasiyanın həyata keçirilməsi;
- Material, avadanlıq, texnika və işçi qüvvəsi resurslarının planlaşdırılması prosesində iştirak etmək;
- Layihələrin icra müddətinə təsir edən riskləri müəyyən etmək və qabaqlayıcı tədbirlər təklif etmək;
- Primavera P6, MS Project və MS Excel proqramlarında iş qrafiklərinin hazırlanması və idarə olunması;
- Layihələrin faktiki icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə mütəmadi olaraq sahələrdən məlumatların toplanması və təhlil edilməsi;
- Zərurət yarandıqda şirkətin regionlarda yerləşən layihələrinə ezam olunaraq yerində monitorinq və nəzarətin həyata keçirilməsi;
- Ezamiyyət zamanı layihələrin icra vəziyyəti barədə rəhbərliyə hesabatların təqdim edilməsi;
- Müştəri və sifarişçi tələblərinə uyğun planlama sənədlərinin hazırlanması və yenilənməsi.
Namizədə tələblər
- İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi, Sənaye mühəndisliyi və ya digər uyğun ixtisas üzrə ali təhsil;
- Planlama sahəsində minimum 3 il iş təcrübəsi;
- Tikinti, elektrik və infrastruktur layihələri üzrə iş təcrübəsi;
- Primavera P6 və ya MS Project proqramlarından sərbəst istifadə bacarığı;
- MS Excel proqramını yüksək səviyyədə bilmək;
- Layihələrin idarə edilməsi və planlaşdırılması sahəsində biliklər;
- Analitik düşünmə və hesabat hazırlama bacarığı;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Ezamiyyətlərə hazır olmaq;
- Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dili bilikləri üstünlük hesab olunur.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
C
Bugün
Personal Assistant
Core Construction • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Bugün
Junior Operations Coordinator
CETA Project Logistics • Bakı
Təcrübə
1200 ₼Müraciət et
S
Bugün
Xadimə
Sinteks MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
E
Bugün
Xadimə
Ecolaundry • Bakı
Tam Ştat
500 ₼Müraciət et
K
Bugün
Menecer
KaryeraKadr • Bakı
Tam Ştat
650 ₼Müraciət et
Ş
Bugün
Təmizlik işçisi
Şirkət • Bakı
Tam Ştat
350 ₼Müraciət et