Ş

Şirvan Aqro MMC

Son tarix: 4 Sentyabr 2026

Planlama üzrə mütəxəssis

İnzibati İşlərŞamaxıTam Ştat4 Avqust 202635

Müsahibə əsasında

Vakansiya haqqında

İş yeri: Şamaxı rayonu

Məşğulluq növü: Tam ştat (5 günlük iş həftəsi)

Əmək haqqı: Razılaşma yolu ilə

Tələblər:

 

  1. Ali təhsil (iqtisadiyyat, maliyyə və ya əlaqəli ixtisaslar üzrə);
  2. İstehsalat və ya təchizat zəncirinin planlaşdırılması sahəsində minimum 2 il iş təcrübəsi;
  3. MS Excel proqramını yüksək səviyyədə bilmək;
  4. ERP sistemləri (1C və s.) ilə işləmək bacarığı;
  5. Rus və ingilis dillərini bilmək üstünlükdür;
  6. Analitik düşünmə, planlaşdırma və problem həll etmə bacarıqları;
  7. Məlumatların təhlili və hesabatların hazırlanması üzrə təcrübə.

Vəzifə öhdəlikləri:

 

  1. Təchizat və istehsalat üzrə aparılan təhlillərin nəticələrinə əsasən tələb planlaşdırılmasını həyata keçirmək;
  2. Xammal, material və hazır məhsullar üzrə istehsal və satış planlarına uyğun sifarişlərin formalaşdırılmasını təmin etmək;
  3. Hazır məhsul, xammal və material ehtiyatlarına nəzarət etmək, optimal stok səviyyəsini təmin etmək;
  4. İstehsalat planlarını hazırlamaq, aidiyyəti struktur bölmələri ilə koordinasiyalı şəkildə icrasını təşkil etmək və icra vəziyyətinə nəzarət etmək;
  5. İstehsal proseslərini, yem təminatını, heyvan sayını, istehsal həcmini və digər resursları planlaşdırmaq və optimallaşdırmaq;
  6. Açılmış tələb və sifarişlərin vaxtında və tam həcmdə qarşılanmasına nəzarət etmək;
  7. İstehsal və satış üzrə plan-fakt təhlilləri aparmaq, istehsal göstəricilərini analiz etmək və müvafiq hesabatları rəhbərliyə təqdim etmək;
  8. Planlaşdırma və istehsal proseslərinin səmərəliliyinin artırılması, risklərin azaldılması və proseslərin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək.

Oxşar vakansiyalar