Vakansiya haqqında
Təsvir
- Siron Embargo proqramı vasitəsilə müştərilərin ölkədaxili köçürmə və daxilolma əməliyyatlarına nəzarətin həyata keçirilməsi;
- Filiallardan daxil olan sorğuların araşdırılması, təhlil edilməsi və müvafiq rəyin verilməsi;
- Görülmüş işlər üzrə yekun nəticələrin departament rəhbərinə mütəmadi olaraq hesabat şəklində təqdim edilməsi;
- Müştəri əməliyyatlarının şübhəlilik indikatorları əsasında monitorinqinin aparılması, araşdırılması və nəticələr üzrə hesabatların hazırlanması;
- Filial, şöbə və digər struktur bölmələrdən PL/TMM və Komplayens Departamentinə daxil olan sorğuların araşdırılması və əsaslandırılmış cavabların hazırlanması.
Tələblər
- İqtisadiyyat, riyaziyyat və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
- Bank sektorunda əməliyyat sahəsində iş təcrübəsi üstünlük hesab edilir;
- Microsoft Office (xüsusilə Word və Excel) proqramlarında yaxşı səviyyədə işləmək bacarığı; data analitikası üzrə biliklər üstünlükdür;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək; rus və ingilis dillərini bilmək arzuolunandır;
- Güclü analitik və məntiqi düşünmə, məlumatları təhlil etmək və qanunauyğunluqları müəyyən etmək bacarığı;
- Detallara diqqətli və məsuliyyətli yanaşma;
- Yeni bilik və bacarıqları mənimsəməyə yüksək motivasiya;
- Komandada effektiv işləmək və ünsiyyət qurmaq bacarığı;
- Konfidensial məlumatlarla işləmək və məxfiliyin qorunması prinsiplərinə riayət etmək.
Qeyd: Bu sahədə təcrübəsi olmayan, lakin yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərə təcrübəli əməkdaşların mentorluğu və dəstəyi ilə ilk 1 ay ərzində PL/TMM sahəsi üzrə kompleks bilik və bacarıqların öyrədilməsi nəzərdə tutulur. Namizədlərə müraciət etməzdən əvvəl çirkli pulların yuyulması və iqtisadi sanksiyalar mövzuları üzrə ilkin araşdırma apararaq tanış olmaları tövsiyə edilir.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
K
Dünən
Müqavilə operatoru (Xaçmaz)
Kontakt Home • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
Dünən
Aparıcı hüquqşünas
Kontakt Home • Bakı
Tam Ştat
4000 ₼Müraciət et
I
8 Avqust 2026
Baş hüquqşünas / Şöbə müdiri
International BOKT • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
8 Avqust 2026
PKİD / Məhkəməyəqədər iş və qərarların icrasına nəzarət şöbəsinin mütəxəssisi (müxtəlif regionlar üzrə)
Bank Respublika ASC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
7 Avqust 2026
Sektor müdiri / Daxili Nəzarət Şöbəsi / Etika və uyğunluq sektoru
AzerGold CJSC • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
S
6 Avqust 2026
Hüquq şöbəsində icra işləri üzrə hüquqşünas
Smart Electronics • Bakı
Tam Ştat
500 ₼Müraciət et