V

Vindex Legal MMC

Son tarix: 20 Sentyabr 2026

Problemli Kreditlər üzrə Mütəxəssis

Maliyyə və MühasibatlıqBakıTam Ştat20 Avqust 202617

500

Vakansiya haqqında

"Vindex Legal" MMC hüquq və konsaltinq sahəsində fəaliyyətini genişləndirərək peşəkar komandasına Problemli Kreditlər üzrə Mütəxəssis tələb edir. Şirkətimiz nəticəyönümlü, yüksək motivasiyalı və iddialı mütəxəssislərə sabit gəlirlə yanaşı, real performans mükafatları təqdim edən peşəkar mühit təklif edir.


İş Şəraiti və Güzəştlər:
AR Əmək Məcəlləsinə tam uyğun rəsmiləşdirmə;
Sınaq müddəti uğurla tamamlandıqdan sonra tibbi sığorta təminatı;
Müasir korporativ standartlara cavab verən iş şəraiti və peşəkar kollektiv.
      Şirkət Tərəfindən Təmin Olunur
Maddi Təminat: 500 AZN net əməkhaqqı + BONUS(limitsiz)
Şəffaf və Pilləli Bonus Sistemi:
Portfel üzrə faktiki yığıma uyğun pilləli bonuslar;
Həftəlik performans göstəricilərinə əsasən ən yaxşı kollektora ayrıca pul mükafatı;
Aylıq yekunlara əsasən 1-ci, 2-ci və 3-cü yerləri tutan mütəxəssislərə xüsusi mükafatlar.

İş Qrafiki: Həftəiçi 5 gün (I–V günlər), 10:00 – 19:00.
Ofis Ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Nadir Əliyev küçəsi 27.

Müraciət Qaydaları
Göstərilən tələblərə cavab verən namizədlər tərcümeyi-hallarını (CV) [email protected] e-poçt ünvanına göndərə bilərlər.
Mühüm Qeyd: Müraciət etdiyiniz vəzifənin adını e-poçtun mövzu hissəsində "Problemli Kreditlər üzrə Mütəxəssis" şəklində qeyd etməyiniz mütləqdir. Mövzusu qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
Son müraciət tarixi: 20 Sentyabr 2026-cı il.

Tələblər:

Təcrübə və Yaş: 21 –45 yaş aralığı; 
Problemli kreditlərlə iş sahəsində minimum 1 il iş təcrübəsi.
Dil Bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (yazılı və şifahi).
Şəxsi və Peşəkar Keyfiyyətlər:
Yüksək analitik düşüncə, detallara diqqət və dəqiqlik;
Tələbkar, obyektiv, məsuliyyətli və çevik qərarvermə qabiliyyəti;
Güclü ünsiyyət, psixoloji təsir və danışıqlar aparmaq bacarığı;
Stress altında işləmək və çətin situasiyalarda optimal həll yolları tapmaq bacarığı;
Komandada işləmək və öyrənməyə, peşəkar inkişafa yüksək motivasiya.

Vəzifə öhdəlikləri:

Portfel üzrə müəyyən olunmuş aylıq yığım planlarının icra edilməsi.
Gecikmədə olan kredit portfelinin mütəmadi təhlil edilməsi və borcluların müəyyən olunması;
Borclular və zaminlərlə telefon zəngləri, rəsmi məktublar və ya fərdi (üzbəüz) görüşlər vasitəsilə əlaqə saxlanılması;

Kredit borclarının gecikmə səbəblərinin araşdırılması, problemin qanunvericilik çərçivəsində aradan qaldırılması üçün optimal həll yollarının (məsələn, restrukturizasiya) təklif edilməsi;
Borcların məhkəməyə qədərki həlli mərhələsinin idarə olunması, müştərilərlə ödəniş qrafiklərinin razılaşdırılması;

Borcun geri qaytarılması prosesində daxili korporativ qaydalara, etika normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə tam riayət edilməsi;

Görülmüş işlər, əlaqə saxlanılmış müştərilər və yığılmış vəsaitlər barədə rəhbərliyə dövri hesabatların təqdim olunması

Oxşar vakansiyalar