B

Bank Respublika ASC

Son tarix: 15 Oktyabr 2026

Problemli kreditlərin yığımı üzrə mütəxəssis (müxtəlif regionlar üzrə)

Maliyyə və MühasibatlıqBakıTam Ştat15 Sentyabr 202649

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

  • Təhkim edildiyi filialların problemli kreditləri üzrə işi təşkil etmək;
  • Problemli müştərilərlə işləmək, ödənişlərin yığılması, öz öhdəliklərini yerinə yetirməyən müştərilərin əvəzindən ödəniş etmələri məqsədilə müştərinin zəmanətçiləri ilə görüşmək;
  • Borcu qaytarmayan müştərilərin mülkiyyətində olan əmlak barədə zəruri informasiya əldə etmək məqsədilə müvafiq dövlət orqanlarına sorğu göndərmək;
  • Tələb olunan formada borcların yığılması, cari borclu müştərilər barədə məlumat və borcların yığılmasının nəticələrinə dair problemli kreditlərin yığımına rəhbərlik edən məsul şəxsə hesabatlar vermək.

Tələblər

  • Ali təhsil;
  • Borcların yığılması və problemli müştərilərlə iş üzrə 1-2 il təcrübə;
  • Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəsi olanlara üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan əla, rus dili arzuolunandır;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar