E

Elit Leasing MMC

Son tarix: 23 Avqust 2026

Problemli lizinq mütəxəssisi üzrə təcrübəçi

Maliyyə və MühasibatlıqBakıTəcrübə23 İyul 202685

Müsahibə əsasında

Vakansiya haqqında

Namizədə olan tələblər

  • Maliyyə sahəsində ali təhsil;
  • Səlis ünsiyyət;
  • Maliyyə-kredit sahəsində ümumi biliklər;
  • Sürücülük vəsiqəsinin mövcudluğu;
  • Düzgünlük və operativlik;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik və diqqətlilik;
  • Şəffaflıq və davranış qaydalarına riayət etmək;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Yüksək gərginlikdə işləmək bacarığı;

Vəzifə öhdəlikləri:  

  • Mövcud lizinq portfelinin müntəzəm monitorinq edilməsi;
  • Daxili nizam intizam qaydalarına əməl etmək;
  • Lizinq ödənişlər ilə əlaqədar müştəriləri məlumatlandırmaq;
  • Lizinq portfelinin sağlamlaşdırılması istiqamətində təkliflər vermək;
  • Lizinq alanların ödənişlərinə nəzarət etmək və gecikdirən müştərilərlə daxili prosedurlara uyğun addımlar atmaq;
  • Lizinq ödənişlərini gecikdirən müştərilərlə görüşlər keçirmək və ödənişlərin təmin edilməsi istiqamətində müvafiq addımları atmaq;

Üstünlük veriləcək namizədlər:

  • Maliyyə sahəsində təhsil və iş təcrübəsi;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Minik nəqliyyat vasitələri barədə ümumi biliklər;
  • Problemli lizinqlərin həlli istiqamətində səlis danışıq qabiliyyəti;

Təcrübə müddəti 14-30 gün. Təcrübə müddətini uğurla bitirən namizədlərin Problemli lizinq mütəxəssisi vəzifəsinə işə qəbulu nəzərdə tutulur.

CV-lərinizi “Problemli lizinq mütəxəssisi üzrə təcrübəçi” başlığı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ünvan - Xətai rayonu 12A, Babək Plaza Blok C-8-2

Oxşar vakansiyalar