A
AzəriMed MMC
Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis
527 ₼
Vakansiya haqqında
Namizədə tələblər:
- Yaş həddi: 20–30 yaş;
- Ali təhsili (İnformasiya texnologiyaları, kompüter elmləri, sistem mühəndisliyi və ya müvafiq sahələr üzrə);
- MS Office proqramları və SQL üzrə biliklər; ERP, sənəd dövriyyəsi, CRM və digər daxili tətbiqlərlə iş təcrübəsi üstünlük sayılır;
- İngilis və/ya rus dili biliyi (texniki sənədlərlə işləmək bacarığı);
- AnyDesk, TeamViewer, Remote Desktop və digər uzaqdan bağlantı vasitələri ilə işləmək bacarığı;
- Texniki dəstək sistemlərində müraciətlərin qeydiyyatı və izlənməsi təcrübəsi;
- Yüksək məsuliyyət, diqqət və detallara həssas yanaşma;
- Komanda ilə işləmək və eyni zamanda çoxsaylı müraciətləri idarə etmək bacarığı;
- İstifadəçi yönümlü yanaşma və yüksək xidmət mədəniyyəti.
Vəzifə öhdəlikləri:
- Daxil olan müraciətlərin (telefon, elektron poçt, daxili sistemlər) operativ şəkildə qəbul edilməsi və emalı;
- Proqram təminatı ilə bağlı yaranmış nasazlıqların ilkin texniki təhlilinin aparılması və mürəkkəb halların aidiyyəti üzrə mütəxəssislərə yönləndirilməsi;
- İstifadəçilərə gündəlik proqram təminatından istifadə zamanı texniki dəstəyin göstərilməsi (yerində və ya uzaqdan bağlantı vasitəsilə);
- Tez-tez rast gəlinən texniki problemlərin və onların həlli yollarının sənədləşdirilməsi (FAQ, prosedurlar, kömək materialları);
- Dəstək fəaliyyəti üzrə statistik məlumatların və dövri hesabatların hazırlanaraq şöbə rəhbərinə təqdim olunması;
- Proqram təminatının fasiləsiz işləməsinin monitorinqi, nasazlıqların vaxtında aşkarlanması və ilkin tədbirlərin görülməsi.
İş şəraiti:
- İş rejimi: Tam ştat
- Əmək haqqı: 527 AZN-700 AZN (Artan əmək haqqıdır)
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərdən mövzu hissəsində “Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis” qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-440-74-04 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Oxşar vakansiyalar
A
Bugün
Aparıcı sistem inzibatçısı (Postgresql üzrə, iş müvəqqəti xarakter daşıyır)
Azərbaycan Respublikasının Mərkəzi Bankı • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Bugün
Araşdırma Statistika (Anket – Rəy sorğularının keçirilməsi) və Analitika Şöbəsi üzrə Layihə Meneceri
Business Insight International Research Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
L
Bugün
İT mütəxəssis
LOGİGROUP • Bakı
Təcrübə
900 ₼Müraciət et
B
Bugün
Junior Network Engineer
Bestcomp Group • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
N
Bugün
Kiçik İT mütəxəssisi
North West • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
12 Avqust 2026
DevSecOps üzrə aparıcı mütəxəssis
PASHA Insurance • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et