O

OBA marketlər şəbəkəsi

Son tarix: 8 Noyabr 2026

Proqramçı Mütəxəssis (Mid - Level)

İnformasiya TexnologiyalarıBakıTam Ştat8 Oktyabr 202661

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

  • Mövcud ERP və digər daxili proqram təminatlarının davamlı inkişafını və təkmilləşdirilməsini təmin etmək;
  • Biznes ehtiyaclarına uyğun yeni modulların və funksionallıqların hazırlanmasını həyata keçirmək;
  • Proqram təminatında yaranan texniki xətaları araşdırmaq, səbəblərini müəyyənləşdirmək və aradan qaldırmaq;
  • Biznes tələblərinə uyğun proqram həlləri hazırlamaq və tətbiq etmək;
  • API-lərin hazırlanmasını, sistemlərarası inteqrasiyaların qurulmasını və mövcud inteqrasiyaların dəstəklənməsini təmin etmək;
  • SQL sorğularını, saxlanılan prosedurları və digər verilənlər bazası obyektlərini hazırlamaq və optimallaşdırmaq;
  • Mövcud proqram kodlarını təhlil etmək, performansını optimallaşdırmaq və kod keyfiyyətini artırmaq;
  • Test və istehsal mühitlərində proqram təminatının düzgün və fasiləsiz işləməsinə nəzarət etmək;
  • Proqram təminatı üzrə texniki sənədləri hazırlamaq və yeniləmək;
  • Biznes analitikləri, QA mütəxəssisləri və digər İT komandaları ilə əməkdaşlıq edərək layihələrin icrasını təmin etmək.

İş qrafiki: 5 günlük - 09:00-18:00

Tələblər

  • Təhsil: Ali (Kompüter elmləri, İnformasiya texnologiyaları, Proqram mühəndisliyi və ya digər müvafiq ixtisaslar üzrə )
  • Təcrübə: Minimum 2-3 il peşəkar iş təcrübəsi (Proqram təminatının hazırlanması və inkişafı sahəsində)
  • Retail, FMCG və ya digər yüksək tranzaksiyalı biznes sistemləri ilə iş təcrübəsinin olması üstünlük hesab edilir;
  • Backend proqramlaşdırma üzrə, xüsusilə C#/.NET texnologiyaları ilə işləmək üzrə güclü praktiki bilik və təcrübə;
  • Relyasion verilənlər bazaları və SQL üzrə yüksək səviyyəli biliklər, xüsusilə MS SQL Server ilə işləmə təcrübəsi;
  • REST API-lərin hazırlanması, inteqrasiyası və sistemlərarası məlumat mübadiləsinin təşkili üzrə praktiki təcrübə;
  • Git, Azure DevOps və digər versiya idarəetmə, CI/CD və proqram təminatının çatdırılması alətləri ilə işləmə bacarığı;
  • Veb və/və ya mobil tətbiqlərin arxitekturası, proqram təminatının strukturlaşdırılması və miqyaslandırılması üzrə anlayış;
  • Yüksək əlçatanlıq və davamlılıq tələb edən kritik və canlı (production) sistemlərin hazırlanması, dəstəklənməsi və təkmilləşdirilməsi üzrə təcrübə;
  • Sistem performansının, etibarlılığının və dayanıqlılığının təmin edilməsi üzrə anlayış və praktiki yanaşma;
  • Texniki problemləri sistemli şəkildə təhlil etmək, effektiv həllər formalaşdırmaq və müxtəlif funksional komandalarla əməkdaşlıq etmək bacarığı.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Nəqliyyat xidməti
  • Karyera Yükəlişi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar