F

FZ Academy

Son tarix: 21 Oktyabr 2026

Qanunvericilik üzrə Müəllim

Təhsil və TəlimBakıTam Ştat11 Sentyabr 202684

Vakansiya haqqında

📢 "FZ Academy" də QANUNVERİCİLİK MÜƏLLİMİ VAKANSİYASI 

Vəzifə öhdəlikləri:
• Dövlət qulluğu imtahan proqramına uyğun qanunvericilik mövzularının tədrisi;
• Qanunvericilik aktlarının tələbələrə sadə və anlaşılan formada izah edilməsi;
• Test tapşırıqlarının həlli və düzgün həll strategiyalarının öyrədilməsi;
• Sınaq imtahanlarının keçirilməsi və nəticələrin təhlili;
• Dərs materiallarının, testlərin və əlavə resursların hazırlanması;
• Tələbələrin bilik səviyyəsinin izlənilməsi və inkişafının təmin edilməsi.

Namizədə tələblər:
• Ali hüquq təhsili;
• Dövlət qulluğu imtahanının qanunvericilik istiqaməti üzrə bilik və təcrübə;
• Qanunvericilik sahəsində güclü nəzəri və praktiki bilik;
• Dövlət qulluğu imtahan formatına və test sisteminə bələdlik;
• Məlumatları sadə, sistemli və yadda qalan şəkildə izah etmək bacarığı;
• Məsuliyyətli, intizamlı və komandada işləmə bacarığı;
• Tədris təcrübəsinin olması üstünlükdür.

Biz nə təklif edirik?
✨ Peşəkar və inkişaf yönümlü komanda
✨ Rahat və müasir iş mühiti
✨ Əməkdaşlıq şərtlərinin qarşılıqlı razılaşma əsasında müəyyən edilməsi
✨ Peşəkar inkişaf və yeni imkanlar

📩 Müraciət üçün CV-nizi [email protected] elektron poç ünvanına göndərin.

Oxşar vakansiyalar