Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifənin məqsədi:
- Layihə proseslərində keyfiyyət təminatı (QA) və keyfiyyətə nəzarət (QC) fəaliyyətlərini təşkil etmək, görülən işlərin, istifadə olunan material və avadanlıqların layihə sənədlərinə, texniki spesifikasiyalara, müqavilə tələblərinə və qüvvədə olan milli və beynəlxalq standartlara uyğunluğunu təmin etmək.
Vəzifə öhdəlikləri
- Keyfiyyət İdarəetmə Sisteminin (KİS) tələblərinin tətbiqinə və icrasına nəzarət etmək.
- Layihə üzrə Keyfiyyət Planı (Quality Plan), Yoxlama və Sınaq Planı (ITP), prosedurlar və digər keyfiyyət sənədlərinin hazırlanmasında və tətbiqində iştirak etmək.
- Tikinti, quraşdırma və montaj işlərinin layihə sənədlərinə, texniki spesifikasiyalara və standartlara uyğunluğunu yoxlamaq.
- Materialların və avadanlıqların qəbul yoxlamalarını aparmaq, onların sertifikatlarını və uyğunluq sənədlərini yoxlamaq.
- Material Approval Request (MAR), Material Submittal və digər texniki sənədlərin yoxlanılmasında və təsdiq prosesində iştirak etmək.
- Sahədə gündəlik görülən işlərə nəzarət etmək, görülən işlərin keyfiyyəti yoxlamaq və nəticələri sənədləşdirmək.
- Aşkar edilmiş uyğunsuzluqlar (NCR) üzrə hesabatlar hazırlamaq, kök səbəb analizini aparmaq və düzəldici və qabaqlayıcı tədbirlərin (CAPA) icrasına nəzarət etmək.
- Test və sınaq proseslərini izləmək, nəticələri qiymətləndirmək və müvafiq protokolların hazırlanmasını təmin etmək.
- Daxili və xarici auditlərdə iştirak etmək, audit nəticələrinin icrasına nəzarət etmək.
- Podratçı və təchizatçıların keyfiyyət fəaliyyətlərini qiymətləndirmək və monitorinqini aparmaq.
- Layihə üzrə keyfiyyət göstəricilərini təhlil etmək və rəhbərliyə gündəlik, həftəlik və aylıq hesabatlar təqdim etmək.
- Texniki sənədlərin, yoxlama aktlarının, test protokollarının və keyfiyyət qeydlərinin düzgün aparılmasını və arxivləşdirilməsini təmin etmək.
- Müştəri, sifarişçi, məsləhətçi və digər aidiyyəti tərəflərlə keyfiyyət məsələləri üzrə koordinasiya aparmaq.
- Layihə üzrə ISO 9001, ISO 14001, ISO 45001, IEC, IEEE və digər tətbiq olunan standartların tələblərinə əməl olunmasını təmin etmək.
- Keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və proseslərin optimallaşdırılması ilə bağlı təkliflər hazırlamaq.
- Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ekoloji tələblərə uyğun fəaliyyət göstərmək.
- Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.
Tələb olunan bilik və bacarıqlar
- ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik.
- QA/QC prosesləri, ITP, Method Statement, MAR, NCR, CAPA və audit prosedurları üzrə bilik.
- Layihə çertyojlarını, texniki spesifikasiyaları və standartları oxuma və təhlil etmə bacarığı.
- MS Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı.
- AutoCAD proqramını yaxşı bilmək.
- Analitik düşünmə, problem həll etmə, hesabat hazırlama və sənədləşdirmə bacarığı.
- Komandada işləmək, yüksək ünsiyyət və təşkilatçılıq bacarığı.
- Azərbaycan dilini sərbəst, ingilis dilində texniki sənədlərlə işləmək bacarığı üstünlük hesab olunur.
İş şəraiti:
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 13:00-14:00
- Nahar müəssisə tərəfindən təmin edilir
- Əmək haqqı: Razılaşma yolu ilə
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “QA/QC Mühəndisi” qeyd etməklə göndərə bilərlər
Oxşar vakansiyalar
A
Bugün
Mühəndis-konstruktor
AZPROM • Abşeron
Tam Ştat
1000 ₼Müraciət et
B
Dünən
UPS avadanlığı, elektronik qurğular üzrə mühəndis
Bestcomp Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Elektrik Mühəndisi
Amper Elektrik • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
30 İyun 2026
Kimya Mühəndisi / Laboratoriya üzrə Mütəxəssis
ALCO MMC • Sumqayıt
Tam Ştat
1500 ₼Müraciət et
A
30 İyun 2026
CNC Torna operatoru
AR-METİZ MMC • Bakı
Tam Ştat
650 ₼Müraciət et
K
29 İyun 2026
High-Pressure Pump Specialist
KTIB Holding • Bakı
Tam Ştat
1200 ₼Müraciət et