S

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Son tarix: 20 Noyabr 2026

Qaynaq istiqaməti üzrə ixtisas fənn müəllimi

Təhsil və TəlimBakıTam Ştat4 Noyabr 202632

Müsahibə əsasında

Vakansiya haqqında

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi - Qaynaq istiqaməti üzrə ixtisas fənn müəllimi vəzifəsi üzrə vakansiya elan edir.

İxtisas: 030514 – Sənayedə avadanlıqların quraşdırılması və texniki istismarı

Əsas vəzifə öhdəlikləri

  • İxtisas üzrə nəzəri və praktiki dərslərin tədrisini həyata keçirmək;
  • Təhsilalanlara sənaye avadanlıqlarının quraşdırılması, istismarı, texniki xidməti və təmiri üzrə peşə bacarıqları aşılamaq;
  • Qaynaq, metal konstruksiyaların yığılması və montaj işləri üzrə praktiki məşğələlər təşkil etmək;
  • Tədris prosesində müasir sənaye texnologiyalarından və avadanlıqlarından istifadə etmək;
  • Təhsilalanların bilik və praktiki bacarıqlarını qiymətləndirmək;
  • Tədris emalatxanalarında avadanlıqların düzgün və təhlükəsiz istifadəsinə nəzarət etmək.

Namizədə qoyulan tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Sənaye avadanlıqlarının quraşdırılması, montajı və texniki istismarı üzrə bilik və praktiki bacarıqlar;
  • Qaynaq avadanlıqlarının quraşdırılması və istismarı üzrə təcrübə;
  • Müxtəlif qaynaq üsullarını (SMAW, CO₂/MIG-MAG, GTAW/TIG) praktik tətbiq etmək bacarığı;
  • Metal konstruksiyaların yığılması və qaynaq işlərinin aparılması üzrə təcrübə;
  • Boru sistemlərinin quraşdırılması, birləşdirilməsi və təmiri üzrə bilik və bacarıqlar;
  • Qaynaq tikişlərinin keyfiyyətinə nəzarət üsullarını bilmək;
  • CAD proqramlarında texniki və montaj çertyojları hazırlamaq və oxumaq bacarığı;
  • Sənaye avadanlıqlarına texniki xidmət və təmir işlərinin aparılması üzrə biliklər;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat sanitariyası qaydalarını bilmək.

Maraqlanan namizədlər mövzu hissəsində “Qaynaq” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar