Caucasian Vav Group
Qaynaqçı
1100 ₼
Vakansiya haqqında
İş qrafiki 6 günlükdür (6-cı gün qısa iş günü)
Nahar şirkət tərəfindən təmin edilir.
Zavod ünvanı Xəzər rayonu, Binə. Koroğlu m/s servis şirkət tərəfindən təmin olunur. (Binədə yaşayanlara üstünlük verilir)
Uyğun namizədlər "Qaynaqçı" başlıqlı qeyd edib CV-lərini mail ünvanına göndərə bilərlər.
Tələblər:
Qaynaqçı ixtisası üzrə təhsil və ya sertifikat.
Komandada işləmək bacarığı və məsuliyyətli yanaşma.
Texniki-təhlükəsizlik qaydalarını bilməli.
Tapşırıqları diqqətlə və vaxtında yerinə yetirmək
Vəzifə öhdəlikləri:
Müasir qaynaq aparatları ilə işləməyi bacarmalıdır.
Qurğularda qaynaq işlərini sərbəst surətdə yerinə yetirməlidir.
İş proseduru və riski dəyərləndirməni başa düşməli və tələbləri həyata keçirməlidir.
Qaynaq edərkən qaynaq prosedurunun tələblərinə uyğun işini qurmalı, qaynaq tikişlərini qaynaq prosedurunun spesifikasiyasına uyğun yerinə yetirməyi bacarmalıdır.
İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməlidir.
Qaynaq aparatından istifadə edərkən istehsalçı zavodun istismar təlimatına əməl etməlidir.
İşə başlayarkən sahə rəisinin və yaxud növbə rəisinin növbə üçün nəzərdə tutulmuş tapşırığı ilə tanış olmalıdır.
Verilmiş tapşırığı yerinə yetirməli, bu barədə şöbə rəisinə məlumat verməlidir.
Temperatur rejiminə ciddi nəzarət etməlidir.
Qaynaq avadanlıqlarının, arqon, avtomat və yarımavtomat qaynaq aparatların quruluşunu və işləmə qaydalarını, dəyişən və sabit cərəyanla qaynaq, qaynağın növlərini, qaynaq edilən metalların xassələrini bilməlidir.
Oxşar vakansiyalar
Mağazaların təmiri və texniki xidməti üzrə texniki mütəxəssis - Gəncə şəhəri
Azza Gastronom • Gəncə
Smeta mühəndisi
Layihə şirkəti MMC • Bakı
Boya operatoru
"Unimetal" Məhdud Məsuliyyətli Cəmiyyət • Abşeron
Fəhlə
Omid Mağazalar şəbəkəsi • Bakı
Defektoskopçu
SQS Group • Bakı
Elektrik və qaz qaynaqçısı
ATEF Şirkətlər Qrupu • Bakı