P

PromexTech AZ

Son tarix: 20 İyun 2026

Qazma texnikası üzrə mexanik

İnşaat və MemarlıqBakıTam Ştat20 May 2026100

2000

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Qazma qurğuları və avadanlıqlarının texniki quruluşu və iş prinsiplərini bilmək; 
  • Dizel mühərrikləri, reduktorlar, kompressorlar, hidravlik, pnevmatik və elektrik;  sistemlərinin saz və fasiləsiz işləməsini təmin etmək;  
  • Avadanlıqlarda yaranan nasazlıqların diaqnostikasını aparmaq və aradan qaldırmaq;  
  • Qazma avadanlıqlarının sökülməsi, yığılması və sazlanması işlərini icra etmək;  
  • Podşipniklərin dəyişdirilməsi və mexanizmlərin sazlanmasını həyata keçirmək;  
  • Hidravlik şlanqların, hidravlik nasosların və silindrlərin təmirini yerinə yetirmək;  
  • Nasosların, mühərriklərin və kompressor sistemlərinin təmirini icra etmək;
  • Hava və pnevmatik sistemlərdə yaranan nasazlıqları aradan qaldırmaq;
  • Yağlama, texniki baxış və profilaktik xidmət işlərini həyata keçirmək;  
  • Hidravlik sxemləri və texniki çertyojları oxumaq bacarığına malik olmaq;  
  • Sistemlərdə yağ, hava və maye sızmalarını aşkar etmək və aradan qaldırmaq;  
  • Elektrik mühərrikləri, sensorlar və idarəetmə panellərinin təmirini aparmaq;  
  • Qısaqapanmaların aşkarlanması və aradan qaldırılması işlərini yerinə yetirmək;  
  • Təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına uyğun fəaliyyət göstərmək;
  • Avadanlıqların təhlükəsiz və fasiləsiz istismarını təmin etmək üçün operativ texniki müdaxilə etmək;

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (Mexanika mühəndisliyi və ya uyğun ixtisas);  
  • Qazma, tikinti və ya ağır texnika sahəsində minimum 3-5 il iş təcrübəsi;  
  • Layihə sənədlərini (çertyoj, plan və s.) oxuma bacarığı;  
  • MS Office proqramlarında işləmə bacarığı (AutoCAD biliyi üstünlükdür);  
  • Komandada işləmək və effektiv kommunikasiya bacarığı;  

İş şəraiti:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə  
  • Sınaq müddəti: 3 ay 
  • İş rejimi: 09:00–18:00, 6 günlük iş qrafiki 
  • Əmək haqqı: 2000–2500 AZN (net) 
  • Korporativ nömrə ilə təmin olunma 
  • Ezamiyyətə açıq olmaq 

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Qazma texnikası üzrə mexanik” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

CV-lərin ingilis dilində təqdim olunması arzuolunandır.

Oxşar vakansiyalar