Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə haqqında
- Bakı Fond Birjası (BFB) komandasına qoşulacaq məsuliyyətli, diqqətli və təşkilatçılıq bacarıqlarına malik Qeydiyyatçı axtarır. Bu vəzifə üzrə namizəd qonaqların qarşılanması, daxil olan müraciətlərin operativ yönləndirilməsi, sənəd və göndərişlərin düzgün idarə olunması, eləcə də gündəlik inzibati proseslərin səmərəli təşkilinə cavabdeh olacaq .
- Əgər detallara diqqət yetirir, dəqiqliyə və peşəkarlığa önəm verir, dinamik iş mühitində çalışmağı sevirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik !
Tələblər
- Şirkətə gələn qonaqları peşəkar və nəzakətli şəkildə qarşılamaq, zəruri məlumatları təqdim etmək və onları aidiyyəti şəxslərə və ya struktur bölmələrə yönləndirmək.
- Ofisə daxil olan qonaqların qeydiyyatını aparmaq, giriş-çıxış prosedurlarına və müəyyən edilmiş təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək.
- Şirkətin ümumi əlaqə nömrəsinə daxil olan zəngləri cavablandırmaq, müraciətləri operativ şəkildə emal etmək və zərurət olduqda aidiyyəti şəxslərə yönləndirmək.
- Daxil olan və göndərilən məktubların, kuryer göndərişlərinin və digər sənədlərin qəbulunu, qeydiyyatını və aidiyyəti üzrə çatdırılmasını təmin etmək.
- Şirkətin daxili qayda və prosedurlarına uyğun olaraq rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqları yerinə yetirmək.
Əsas vəzifə öhdəlikləri
- Tam orta və ya ali təhsil.
- MS Office proqramlarından (Word, Excel, Outlook) yaxşı səviyyədə istifadə bacarığı.
- Şifahi ünsiyyət və komandada işləmək bacarığı.
- Qonaqlar, əməkdaşlar və digər müraciət edən şəxslərlə peşəkar, nəzakətli və gülərüz ünsiyyət qurmaq bacarığı.
- Məsuliyyətlilik, diqqətlilik, dəqiqlik və təşkilatçılıq bacarığı.
- Çoxsaylı gündəlik tapşırıqları düzgün prioritetləşdirmək və dinamik iş mühitində operativ fəaliyyət göstərmək bacarığı.
Biz nə təklif edirik?
- Azərbaycanın yeganə fond birjasında peşəkar karyera inkişafı imkanları;
- Dünyanın aparıcı fond birjaları ilə əməkdaşlıq çərçivəsində beynəlxalq bilik və təcrübə mübadiləsi imkanları;
- Davamlı təlim və peşəkar inkişaf proqramları;
- Müasir, əməkdaşlığa və qarşılıqlı dəstəyə əsaslanan iş mühiti;
- Sizin və ailə üzvləriniz üçün geniş əhatəli tibbi sığorta.
Əgər bilik və bacarıqlarınızı peşəkar mühitdə tətbiq etmək və maliyyə bazarlarının gələcəyinin formalaşmasına töhfə verən komandanın bir hissəsi olmaq istəyirsinizsə, sizi Bakı Fond Birjasına qoşulmağa dəvət edirik.
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Məktubun mövzu hissəsində: Qeydiyyatçı
Oxşar vakansiyalar
M
Bugün
Müştəri xidmətləri üzrə kiçik mütəxəssis
MJ Finance • Bakı
Tam Ştat
400 ₼Müraciət et
C
Bugün
GPS üzrə operator
Company • Bakı
Tam Ştat
800 ₼Müraciət et
E
Bugün
Qeydiyyatçı ( Xalqlar filialı )
EDU COMPANY Təhsil Şirkəti • Bakı
Tam Ştat
—Müraciət et
U
Dünən
Qeydiyyatçı
U and R Company • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
Dünən
Qeydiyyatçı (Receptionist)
Medicom Ortez və Protez Mərkəzi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Dünən
Operator
Business Insight International Research Group • Bakı
Tam Ştat
450 ₼Müraciət et