T

Təşkilat

Son tarix: 25 İyul 2026

Qrafik Dizayner

Dizayn və YaradıcılıqBakıTam Ştat25 İyun 202618

500

Vakansiya haqqında

Vakansiya: Sosial Media Mütəxəssisi & Qrafik Dizayner (SMM)

Haqqımızda: Bakıda fəaliyyət göstərən bir təşkilat olaraq komandamıza sosial media istiqamətində yaradıcı və işinə həvəslə yanaşan bir mütəxəssis axtarırıq. Təcrübəli namizədlərlə yanaşı, bacarıqları güclü olan yeni məzunların da müraciətlərinə açığıq.

Namizəd təşkilatın həyata keçirdiyi müxtəlif layihələrin, tədbirlərin və kommunikasiya fəaliyyətlərinin vizual hazırlanmasında iştirak edəcək, öz yaradıcılığını real layihələr üzərində tətbiq etmək imkanı qazanacaq.

 

İş qrafiki: Tam ştat, həftədə 5 gün, 09:00–18:00

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq rəsmi günlərdə istirahət verilir.

 

İş yeri: Bakı

Vacib qeyd: Portfolio təqdim etmək şərtdir. Keyfiyyətli və güclü portfolioya malik namizədlərə xüsusi diqqət yetiriləcək (Behance və sair).

 

Müraciət üçün: CV və portfolio (nümunə dizayn/video işləri) ilə birlikdə [email/əlaqə (whatsapp)] ünvanına müraciət edə bilərsiniz.

Tələblər:

  1. Ali təhsil (qrafik dizayn, vizual kommunikasiya və ya əlaqəli sahələr üstünlükdür)
  2. Qrafik dizayn, vizual kommunikasiya və ya əlaqəli sahələr üzrə təhsil almış yeni məzunların müraciəti də məmnuniyyətlə nəzərdən keçiriləcək
  3. Güclü dizayn bacarıqları — bu mövqe üçün əsas tələblərdən biridir
  4. Qrafik dizayn bacarığı — Adobe Creative Cloud (Photoshop, Illustrator) və onlayn dizayn platformaları (qrafik və video üçün) ilə işləmə bacarığı
  5. Video montaj bacarığı — Adobe Creative Cloud (Premiere Pro, Premiere Rush) və ya onlayn video montaj platformaları
  6. Yaradıcı düşüncə və detallara diqqət
  7. Məsuliyyətlilik, dəqiqlik və vaxtında nəticə təqdim etmə bacarığı
  8. Komanda daxilində işləmə bacarığı və yaxşı ünsiyyət qurma qabiliyyəti
  9. Təşəbbüskarlıq və öyrənməyə açıq olmaq

Oxşar vakansiyalar