600 ₼
Vakansiya haqqında
Zeecar komandamıza avtomobil sektorunda işləməyi sevən, yaradıcı düşüncəyə, güclü vizual zövqə və müasir dizayn yanaşmasına malik Qrafik Dizayner axtarır.
Vəzifə öhdəlikləri
- Sosial media platformaları (Instagram, TikTok, Facebook və s.) üçün kreativ vizual post və storilərin hazırlanması;
- Avtomobillərin tanıtımı üçün reklam bannerləri, posterlər, kampaniya vizualları və digər marketinq materiallarının hazırlanması;
- Brendin korporativ üslubuna uyğun vizual kontentin hazırlanması və inkişaf etdirilməsi;
- Video layihələri üçün cover, thumbnail, infoqrafika və digər vizual elementlərin hazırlanması;
- Yeni kampaniyalar və layihələr üçün kreativ dizayn konsepsiyalarının hazırlanması;
- Mövcud dizaynların təkmilləşdirilməsi və operativ dəyişikliklərin həyata keçirilməsi;
- Dizayn sahəsində yenilikləri və trendləri izləyərək onları iş prosesində tətbiq etmək.
Namizədə tələblər
- Qrafik dizayn sahəsində minimum 1 il iş təcrübəsi;
- Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı;
- Sosial media platformaları üçün müasir dizayn standartlarını bilmək;
- Kompozisiya, rəng nəzəriyyəsi, tipoqrafiya və vizual kommunikasiya üzrə yaxşı anlayış;
- Kreativ düşüncə və yüksək estetik zövq;
- Detallara diqqətli, məsuliyyətli və operativ olmaq;
- Bir neçə layihəni paralel şəkildə idarə etmək və son tarixlərə əməl etmək bacarığı;
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Azərbaycan dilini sərbəst bilmək
- Portfolio təqdim edilməsi mütləqdir.
Üstünlük hesab olunur:
- Adobe InDesign, After Effects, Premiere Pro və ya Figma proqramlarından istifadə bacarığı;
- Avtomobil sahəsində və ya reklam agentliyində iş təcrübəsi.
İş şəraiti
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: 600 AZN (net) +
- İş yeri: Bakı, Ağ şəhər, Süleyman Vəzirov 3
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini və portfolio nümunələrini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanımıza göndərmələri xahiş olunur.
Mövzu hissəsində: "Qrafik Dizayner" qeyd etmələri rica olunur.
Oxşar vakansiyalar
S
Bugün
Fotoqraf
Sinteks Group of Companies • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Dünən
Biznesin idarə olunmasında asisstent
Seratonia MMC • Bakı
Tam Ştat
2000 ₼Müraciət et
G
Dünən
Freelance SMM & Video Editor
Global Media • Bakı
Remote
700 ₼Müraciət et
I
Dünən
Reception
International Sports Connection • Bakı
Tam Ştat
—Müraciət et
A
Dünən
Dizayner
Ata Pack MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
17 Avqust 2026
Dizayner-Konstruktor
Kontakt Home • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et