C
Camal LTD
Qrafik dizayner
1200 ₼
Vakansiya haqqında
Niyə bu vəzifə?
- Camal LTD 1998-dən bəri öz istehsalı olan Iceland dondurmaları ilə yanaşı Mars, Snickers, Twix, Oreo, Milka, Alpen Gold, McCain, Bonduelle, London Dairy kimi qlobal brendlərin rəsmi distributorudur. Yeni qurulan marketinq komandamız üçün məhsul fotolarını peşəkar emal edən, onları kataloq, sayt və çap materiallarına çevirən və sosial media üçün kreativ vizuallar yaradan dizayner axtarırıq. Əsas fokus statik dizayndır, lakin video montaj, motion və foto çəkiliş bacarıqları olan namizədlər bu istiqamətlərdə də inkişaf edə biləcək.
Vəzifə öhdəlikləri:
- Çəkilmiş məhsul fotolarını (qablaşdırılmış və açıq formada) retuş etmək, fondan ayırmaq, rəng və işığı standartlaşdırmaq.
- Məhsul şəkillərindən vahid üslubda vizual baza yaratmaq və onu idarə etmək.
- Sosial media üçün kreativ post, story, karusel və reklam vizualları hazırlamaq, kampaniyalar üçün vizual konseptlər yaratmaq.
- B2B və B2C kataloqlarının, bukletlərin və digər çap materiallarının dizaynı və maketlənməsi.
- Banner, poster, lightbox və mağazadaxili reklam materiallarının hazırlanması.
- Sayt üçün məhsul şəkilləri və vizual elementlərin hazırlanması.
- Marketinq komandası ilə birlikdə kreativ ideyaların hazırlanmasında iştirak etmək.
- Bütün materialların brendbuka və partnyor brendlərin vizual qaydalarına uyğunluğunu təmin etmək.
- Çap evləri ilə fayl hazırlığı və texniki uyğunlaşdırma üzrə işləmək.
Tələblər:
- Qrafik dizayn sahəsində minimum 1 il təcrübə.
- Adobe Photoshop-da yüksək səviyyədə retuş və fon ayırma (clipping path) bacarığı.
- Adobe Illustrator və InDesign proqramlarını yüksək səviyyədə bilmək.
- Çoxsəhifəli kataloq və çap materiallarının maketlənməsi təcrübəsi.
- Çap üçün fayl hazırlığı qaydalarını bilmək (CMYK, bleed, çözünürlük, rəng profilləri).
- Kreativ düşüncə, detallara diqqət və vaxt idarəetməsi.
- Portfolio təqdim etmək (məcburi, məhsul retuşu, çap və sosial media işləri nümunələri ilə).
Üstünlük hesab olunur:
- Reklam agentliyində (Digital/Creative Agency) ən az 2 il iş təcrübəsi.
- FMCG və ya qida sektorunda məhsul vizualları üzrə təcrübə.
- Sosial media trendlərini izləmək və vizual trendləri layihələrdə tətbiq etmək bacarığı.
- Qısa video montaj və motion dizayn bacarığı (CapCut, Premiere Pro, After Effects).
- Məhsul foto və video çəkilişi üzrə praktiki biliklər.
- AI alətləri ilə təcrübə (Adobe Firefly, Freepik AI, Midjourney, Higgsfield və s.).
- Figma bilikləri.
İş şəraiti:
- Əmək haqqı: 1200–1300 AZN (gross), portfolio və təcrübəyə görə.
- İş qrafiki: 6 günlük.
- Nahar və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir.
- Ünvan: Sulutəpə qəs., R.Allahverdiyev küç., döngə 9/21D
Namizədlər CV və portfolio linkini göndərməlidir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
O
Bugün
Dizayner
OMNİDERİ LTD • Bakı
Tam Ştat
500 ₼Müraciət et
4
Bugün
Валидатор анкет Тайных Покупателей
4Service Group • Bakı
Tam Ştat
500 ₼Müraciət et
B
Bugün
Junior Graphic Designer
Bloom Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Video Montaj / Video editor
Anonim • Bakı
Təcrübə
—Müraciət et
C
13 Sentyabr 2026
İnteryer və Eksteryer Dizayner
Cronos Construction • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
F
11 Sentyabr 2026
Bağban
FMG MMC • Bakı
Tam Ştat
600 ₼Müraciət et