A
ARNE Group MMC
Qrafik dizayner
1600 ₼
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Şirkətin layihələri üçün müəyyən edilmiş brend üslubuna və kommunikasiya strategiyasına uyğun vizual materialların hazırlanması;
- Sosial media platformaları üçün post, story, banner və digər digital vizualların hazırlanması;
- Digital reklam kampaniyaları üçün müxtəlif format və ölçülərdə reklam bannerlərinin və kreativlərin hazırlanması;
- Reklam kampaniyaları, aksiyalar və xüsusi layihələr üçün kreativ vizual konsepsiyaların hazırlanması;
- Çap materiallarının – buklet, flayer, kataloq, poster, banner, roll-up, billboard və digər reklam materiallarının dizaynının hazırlanması;
- Təqdimatların və digər korporativ materialların vizual tərtibatının hazırlanması;
- Mövcud dizaynların müxtəlif reklam kanalları, format və ölçülərə uyğun adaptasiya edilməsi;
- Fotoşəkillərin işlənməsi, retuş və rəng korreksiyasının həyata keçirilməsi;
- Çap üçün nəzərdə tutulan dizayn fayllarının texniki tələblərə uyğun hazırlanması və çapa təqdim edilməsi;
- Hazırlanan materialların brendbook və şirkətin müəyyən edilmiş vizual standartlarına uyğunluğunun təmin edilməsi;
- Bütün kommunikasiya kanallarında vahid vizual üslubun qorunmasına nəzarət edilməsi;
- Content Manager və digər aidiyyəti əməkdaşlarla koordinasiyalı şəkildə işləmək;
- Kontent planına və reklam kampaniyalarının qrafikinə uyğun olaraq dizayn materiallarının vaxtında hazırlanmasının təmin edilməsi;
- Yeni dizayn trendlərini, vizual kommunikasiya yanaşmalarını və rəqəmsal platformalardakı yenilikləri izləmək, uyğun həlləri şirkətin layihələrində tətbiq etmək;
- Eyni zamanda bir neçə layihə üzrə dizayn işlərini idarə etmək və müəyyən edilmiş son tarixlərə (deadline) riayət etmək;
- Hazırlanmış dizayn fayllarının sistemli şəkildə arxivləşdirilməsini və strukturlaşdırılmış formada saxlanılmasını təmin etmək.
- Brendbukların hazırlanması, mövcud brendbukların yenilənməsi və brendin vizual standartlarının (loqo istifadəsi, rəng palitrası, tipoqrafiya, qrafik elementlər və s.) sistemləşdirilməsi.
İş şəraiti:
- Bakı şəhəri;
- 5 günlük iş həftəsi (09:00 – 18:00);
- Əmək haqqı: 1600-2000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir).
Namizədə dair tələblər:
- Ali təhsil;
- Qrafik dizayn sahəsində minimum 2 il iş təcrübəsi;
- Adobe Photoshop, Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı;
- Adobe InDesign və digər dizayn proqramlarını bilmək üstünlükdür;
- Sosial media və digital reklam formatları üzrə dizayn prinsiplərini bilmək;
- Sadə animasiya və motion dizayn proqramlarında işləmək bacarığı üstünlükdür.
- Çap materiallarının hazırlanması və çapa hazırlıq prosesləri haqqında bilik;
- Kompozisiya, tipoqrafiya, rəng nəzəriyyəsi və vizual iyerarxiya prinsipləri üzrə bilik;
- Kreativ düşüncə və verilmiş brif əsasında fərqli vizual həllər təqdim etmək bacarığı;
- Brendbook və müəyyən edilmiş vizual standartlarla işləmək bacarığı;
- Detallara diqqət, yüksək məsuliyyət və işlərin vaxtında təhvil verilməsi bacarığı;
- Portfo Seçim mərhələsində portfolionun təqdim edilməsi mütləqdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Qrafik dizayner” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Oxşar vakansiyalar
O
Bugün
Hərəkətli qrafika üzrə mütəxəssis
OBA marketlər şəbəkəsi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Dünən
Reception
SUPREME HOTEL BAKU • Bakı
Tam Ştat
550 ₼Müraciət et
P
30 Sentyabr 2026
Ksero-print işçisi
penal məktəb və ofis ləvazimatları • Bakı
Tam Ştat
500 ₼Müraciət et
K
29 Sentyabr 2026
Dekorator
Konsis • Bakı
Tam Ştat
500 ₼Müraciət et
C
28 Sentyabr 2026
UI/UX dizayner
Chingizkhan Technologies • Sumqayıt
Tam Ştat
400 ₼Müraciət et
U
28 Sentyabr 2026
Product Designer (UX/UI)
UNBREAKABLE NETWORK MEDIA • Bakı
Təcrübə
800 ₼Müraciət et